Bazar ertəsi , Sentyabr 20 2021
Ana səhifə / Cəmiyyət / DİN: “Marketlərdə COVID-19 pasportu tələb edilmir”

DİN: “Marketlərdə COVID-19 pasportu tələb edilmir”

“Hələlik marketlərdə COVID-19 pasportu tələb edilmir”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev deyib.

O bildirib ki, buna görə də supermarketlərə vətəndaşlar COVID-19 pasportu olmadan da daxil ola bilərlər:

“Amma mütləq şəkildə həmin obyeklərdə vətəndaşların hərarəti ölçülməli, dezinfeksiyaedici məhluldan istifadə edilməli, maska taxmalıdır. Ümumiyyətlə, vətəndaşlar koronavirus riski olan bütün yerlərdə tibbi maskadan düzgün şəkildə istifadə etməli, maska ağız və burun hissəsini tamamilə örtməlidir”.

Həmçinin oxuyun

Təqaüdə göndərilən generala yeni vəzifə verildi

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov təqaüddə olan polis generalına vəzifə verib.Qaynarinfo.az xəbər verir …