Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / DİN: Məktəbli qızların qeyri-etik davranışına dair görüntülər araşdırılır

DİN: Məktəbli qızların qeyri-etik davranışına dair görüntülər araşdırılır

IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkən şagirdlə, həmçinin onun valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb.

Bu barədə 156 nömrəli tam orta məktəbdən bildirilib.

“Məktəbin XI sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkib.

Məktəb rəhbərliyi və psixoloq tərəfindən şagird və valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb.

Valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub, aidiyyəti üzrə şagird və valideynlərin izahatları alınıb, araşdırma davam edir”.

***

Qıza qarşı uyğunsuz hərəkət edən IX sinif şagirdləri ilə bağlı məsələ nəzarətə götürülüb.

Pravda.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

O qey edib ki, hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub.

“Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır”, – deyə o bildirilib.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …