Bazar , Noyabr 29 2020
Ana səhifə / Cəmiyyət / DİN Bakı məktəbində zorlama iddiası haqda: “Fakt deyilən formada təsdiqini tapmadı”

DİN Bakı məktəbində zorlama iddiası haqda: “Fakt deyilən formada təsdiqini tapmadı”

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə Bakıdakı 263 saylı məktəbdə 1-ci sinif şagirdinin zorlanması iddiası ilə bağlı virtuaz.org-a açıqlama verib.
Nazirlik rəsmisi bildirib ki, fakt deyilən formada təsdiqini tapmayıb: “Xətai Rayon Polis İdarəsi dərhal yayılan məlumata reaksiya verib. Polis əməkdaşları həmin məktəbdə olublar. Fakt deyilən formada təsdiqini tapmayıb. Bəzi KİV-lərdə bunu yayırlar, bu təxribatdır. Hazırda araşdırma aparılır”.
O. Mansurzadə həmçinin qeyd edib ki, bu iddialarla bağlı polis orqanlarına əvvəlcədən heç bir məlumat, şikayət daxil olmayıb. Yəni iddialar mətbuatda yayılandan sonra polis araşdırma başladıb.
Qeyd edək ki, hadisə aprelin 19-da baş verib. Eyni sinifdə oxuduqları iddia olunan iki nəfər 10-cu sinif şagirdi 1-ci sinifdə oxuyan oğlanı  ayaq yolunda şalvarını çıxararaq zorlayıb. Hadisə azyaşlının hadisəni sinifdə yoldaşlarına danışarkən ortaya çıxıb. Valideynlər onu da qeyd ediblər ki, zorlanan şagirdin valideynləri rayonda yaşadığına görə uşaq xalasıgildə qalır.

Həmçinin oxuyun

“Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi – Video

Bu gün Azərbaycandakı diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri ilə erməni silahlı qüvvələrinin işğalından …