Cümə axşamı , Fevral 2 2023
Ana səhifə / Cəmiyyət / DİM sürücülük imtahanları keçirəcək?

DİM sürücülük imtahanları keçirəcək?

“Müraciət olarsa, sürücülük imtahanlarını keçirə bilərik”.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

“Hesab edirəm ki, biliklərin yoxlanılmasında hansısa formatda prosesə qoşula bilərik. Lakin təbii ki, real sürücülük qabiliyyətini yoxlaya bilmərik. Yeni imtahan mərkəzində bunun üçün imkanımız olacaq. Biz hansısa imtahanı keçirmək üçün heç kimlə danışıq aparmırıq. Hökumət nə sifariş verirsə, onu yerinə yetiririk” – o qeyd edib. APA

Həmçinin oxuyun

Vilayət Eyvazov Abşerona yeni rəis təyin etdi

Abşeron rayon Polis İdarəsinə rəis təyin olunub. Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.Əmrə …