Cümə , Oktyabr 30 2020
Ana səhifə / Cəmiyyət / DİM ev almaq istəyən dövlət qulluqçularına müraciət etdi

DİM ev almaq istəyən dövlət qulluqçularına müraciət etdi

Dövlət İmtahan Mərkəzi (DİM) MİDA-ya təqdim edilməsi üçün dövlət qulluğunda qulluq stajı barədə arayış əldə etmək istəyən dövlət qulluqçularına müraciət edib.

Mərkəzdən verilən məlumata görə, mayın 30-da etibarən dövlət qulluqçuları Mənzil İnşaatı Dövlət Agentliyinə təqdim edilməsi üçün dövlət qulluğunda qulluq stajı barədə arayışın əldə edilməsi ilə əlaqədar DİM-in rəsmi səhifəsində “Şəxsi kabinet” yaratmalı və “Elektron xidmətlər” bölməsinə daxil olaraq elektron müraciət etməlidirlər.

Dövlət qulluqçusu əmək kitabçasındakı əmək fəaliyyətini əks etdirən səhifələrin dövlət orqanı tərəfindən təsdiq edilmiş surətlərini “skan” edərək sistemə yükləməli və “Müraciəti qeydə al” düyməsini sıxmalıdır.

Mərkəz tərəfindən qeydə alınan müraciətlə bağlı cari vəziyyəti şəxsi kabinetdən izləmək mümkündür.

Həmçinin oxuyun

“Bu gün zəngilanlıların heç tükü də tərpənmir…”

“Təkcə  Zəngilanın yox, eləcə də Cəbrayılın, Qubadlının, Füzulinin işğal tarixi sözün həqiqi mənasında keçmişə qovuşur”.Bunu Moderator.az-a …