Çərşənbə axşamı , Mart 19 2019
Ana səhifə / Cəmiyyət / Dilçilik İnstitutunun direktoru:“Nəsiminin şeirlərindəki sözlər düzgün oxunmayıb”

Dilçilik İnstitutunun direktoru:“Nəsiminin şeirlərindəki sözlər düzgün oxunmayıb”

“Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin şeirlərinin indiyədək ölkəmizdə hazırlanmış bir sıra nəşrlərində böyük söz ustadının orijinal dilinə müəyyən dərəcədə müdaxilələr edilib, daha doğrusu, divandakı ayrı-ayrı sözlər ya müasirləşdirilib, ya da doğru-düzgün oxunmayıb”.

Bunu Trend-ə AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib. Akademikin sözlərinə görə, məhz buna görə də bütün müvafiq qurumlarda çalışan dilçi, ədəbiyyatçı mütəxəssisləri də bu vacib və əhəmiyyətli işə cəlb etməklə şairin əsərlərinin yeni akademik nəşrinin hazırlanmasına böyük ehtiyac var. Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında sərəncamını ölkəmizin mədəni həyatında çox əlamətdar və təqdirəlayiq hadisə sayan akademik qeyd edib ki, bu sərəncam ölkə Prezidentinin, Azərbaycan dövlətinin bədii sözə və ədəbiyyatımıza, incəsənət və mədəniyyətimizə verdiyi böyük dəyər və qayğının daha bir bariz nümunəsidir.

Akademik deyib ki, 2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan olunması və böyük şairin 650 illik yubileyinin yüksək səviyyədə qeyd olunması çərçivəsində qüdrətli söz ustadının adını daşıyan Dilçilik İnstitutunda da yaxın gələcəkdə bir sıra tədbirlərin görülməsi nəzərdə tutulur: Bütün bu tədbirlərlə yanaşı düşünürük ki, AMEA İmadəddin Nəsimi adına Dilçilik İnstitutunda bu elmi qurumun bazası əsasında ayrıca bir Nəsimişünaslıq şöbəsinin yaradılması da məqsədəuyğun olardı”.

Həmçinin oxuyun

Evli kişi ilə eşq yaşadığı deyilən Aysel: “Həyatım boyu qarışqanı belə əzməmişəm”

Son zamanlar adı qalmaqallarda hallanan müğənni Aysel Əlizadə susqunluğunu pozub. BiG.AZ xəbər verir ki, ifaçı haqqında …