Çərşənbə , Aprel 14 2021
Ana səhifə / Cəmiyyət / Dilavər Əzimli ilə bağlı həkimdən AÇIQLAMA

Dilavər Əzimli ilə bağlı həkimdən AÇIQLAMA

Tanınmış tarixçi alim, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli müalicə olunduğu dövrdə Azərbaycanın tibb tarixində ən uzun müddətli EKMO cihazında izlənən xəstə olub.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tanınmış həkim Rəşad Mahmudov deyib.

“Çox təəssüf… 2 ay boyunca tibb heyəti gecə-gündüz yorulmadan mübarizə apardı. Tibb tariximizə ən uzun müddətli EKMO cihazında izlənən xəstə oldu. Şəxsən özüm bütün işlərimə baxmayaraq, hər gün onlayn ən azı iki dəfə vəziyyətini həkimlərlə müzakirə edirdim. Amma nəticədə kömək edə bilmədik. Məncə, COVID-19-a və peyvəndə qarşı aparılan antitəbliğat insanlığa qarşı cinayətdir”, – həkim R.Mahmudov əlavə edib.

Qeyd edək ki, D.Əzimli bu gün 62 yaşında koronavirusdan dünyasını dəyişib. Report

Həmçinin oxuyun

İşdən çıxarılan AMEA əməkdaşı Ramiz Mehdiyevi məhkəməyə verdi

İşdən çıxarılan Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı akademiyanın prezidenti Ramiz Mehdiyevi məhkəməyə verib. Unikal.org-un məlumatına …