Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / DİLARƏ CƏBRAYILOVA HƏM DEPUTATDIR, HƏM DƏ MƏKTƏB DİREKTORU – QANUN İSƏ BUNU QADAĞAN EDİR

DİLARƏ CƏBRAYILOVA HƏM DEPUTATDIR, HƏM DƏ MƏKTƏB DİREKTORU – QANUN İSƏ BUNU QADAĞAN EDİR

Azinforum.az xəbər verir ki, sonuncu parlament seçkilərində parlamentə mandat qazanan millət vəkili Dilarə Cəbrayılova ilə bağlı maraqlı fakt ortaya çıxıb. Xanım deputatın saytlardan birinə verdiyi müsahibədən aydın olur ki, o, hələ də 295 sayl məktəbin direktoru vəzifəsində çalışır.
Azinforum.az Dilarə xanımın millət vəkili seçiləndən sonra məktəb direktoru vəzifəsini icra etməsinin  qanuni olub-olmadığını ekspertlərlə dəqiqləşdirib. Bizə bildirildi ki, məktəb direktoru postu elmi pedaqoji fəaliyyət sayımadığı üçün,  həmin vəzifəni daşıyan şəxs mandat qazanandan sonra tutduğu vəzifədən azad edilməlidir:

“ Məktəb direktoru inzibati vəzifə sayıldığı və təyinatla olduğu səbəbindən  Dilarə xanımın mandat daşımaqla yanaşı, həm də 295 saylı məktəbə rəhbərlik etməsi qanunauyğun deyil”.
Azinforum.az olaraq bu mövzu ilə bağlı Təhsil Nazirliyinin mövqeyini öyrənməyə çalışsaq da, sorğumuza cavab verilmədi.
Mövzuya qayıdacayıq…

 

res

Çinarə SEYİDOVA

Azinforum.az

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …

Bir cavab yazın