Bazar , Fevral 25 2024
Ana səhifə / Cəmiyyət / Deyib ki, Qarabağa qayıtmayacağıq. Qayıdanın…

Deyib ki, Qarabağa qayıtmayacağıq. Qayıdanın…

Arvadının tumanını geyinib min bir hilə ilə “Laçın” postundan keçərək İrəvana sığınan separatçı dəyyus Samvel Babayan Azərbaycanın qarşısında şərt qoyub: “Muxtariyyət verilməsə, geri qayıtmayacağıq”.

Deyəsən, humanistliyimiz bu əclafı aldadıb. Kim ona deyib ki, azərbaycanlıların ondan və özü kimi nankor soydaşlarından ötrü gözü atır?

Doğrudan, qayıtmayacaqsınız?

İki yüz ildir bizi aldadırsınız. Bu sözünüzə necə inanaq?

Əmin olun ki, qayıtmasanız, bu, bizim üçün əsl toy-bayram olacaq!

Qayıdanınn…

İddiaya bax, ha!

Ay vələdüzzina, Azərbaycanın tərkibində muxtar respublikanız vardı. Sovet rejiminin səxavəti sayəsində dövlət içində dövlət qurmuşdunuz. Bakıda ən yaxşı vəzifələrdə siz işləyirdiniz. Ayağısürüşkən arvadlarınızın sayəsində ağ günə çıxmışdınız. Amma Tanrınıza şıllaq atdınız. İndi də vaxtilə etdiyiniz nankorluğun cəzasını çəkirsiniz. Əmin olun, görəcəkli günləriniz hələ qabaqdadır!

Azərbaycan çoxmillətli respublikadır. Biz yüz illərdir ki, müxtəlif xalqların nümayəndələri ilə bir yerdə yaşayır, “can” deyib, “can” eşidirik. Heç vaxt aramızda söz-söhbət, narazılıq olmayıb. Bu bölgəyə ayrıseçkiliyi, separatizmi ermənilər gətirib. Cənubi Qafqazda bütün münaqişələrdə ermənilərin əli və rolu olub. Harda erməni varsa, orda bölücülük, satqınlıq, xainlik var. Əgər kimsə kürəyinizə xəncər saplayırsa, əmin olun ki, dəstəyi tutan erməni əlidir.

Otuz il əvvəl elə bu gün biz hər şeyimizi itirib yataqxananın darısqal, rütubətli otağında halımıza ağlayırdıq. İkimərtəbəli, bağlı-bağatlı evimizi sizdən fərqli olaraq könüllü tərk etməmişdik. Düz iki yüz il nökərçilik etdiyiniz ruslarla birləşib göydən başımıza od ələyirdiniz. Qoca, qadın, uşaq demədən qabağınıza çıxan hamını qətlə yetirirdiniz. Sizə əsir düşməmək, zəhərli güllələrinizə tuş gəlməmək üçün neçə-neçə günahsız insan özünü Araz çayına atdı. O vaxta kimi Araz Azərbaycanı ayırırdı. Həmin gün Araz həm də atanı baladan, qardaşı bacıdan ayırdı…

Bəs siz Qarabağı necə tərk etdiniz? Maşınlarınızda şellənə-şellənə, yolda Azərbaycan polisinin əlindən isti çay, dadlı şokolad alıb yeyə-yeyə getdiniz. Sizə “gözün üstə qaşın var” deyən oldumu? Yox! Öz xoşunuzla getdiniz. İndi seçim sizindir: istəyirsiniz qayıdın, istəmirsiniz qayıtmayın. Amma yalandan səs-küy salıb tumanınızı başınıza atmayın. Ayıb yeriniz görünür…

Seymur VERDİZADƏ

Həmçinin oxuyun

“Qara qaya yaxınlığında dəhşətli mənzərənin şahidi olduq” – Keçmiş döyüşçü

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində …