Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Cəmiyyət / Devalvasiya metastaz verir – Şəmsəddin Əliyev

Devalvasiya metastaz verir – Şəmsəddin Əliyev

Son günlərin daha çox müzakirə olunan məsələsi Azərbaycan manatının xarici valyutaya nisbətdə məzənnəsinin aşağı düşməsi vətəndaşların sosial vəziyyətinə ciddi təsir edəcək istiqamətdə yadda qaldı, manatımız devalvasiyaya (lat. “De” -enmə, “valeo” -dəyəri) uğradı. ABŞ valyutası dükanlarda, bankların nizamnamə kapitalında hökmranlıq etməyə başladı. 70-il ərzində keçmiş SSRİ-nin məkanında kommunist ideologiyası xarici valyutanın hərəkətinə imkan verməmişdi. Görünür devalvasiya və inflyasiyanın qarşısını almağa arqumentli təklif verən müasir iqtisadçı mütəxəssizlərimiz ya yoxdur, ya da onların təkliflərinin dinlənilməsi artıq gecdir.

Milli Məclisin üzvü, iqtisad elmləri doktoru, akademik Z.Səmədzadə vəziyyətdən çıxış yolunu sosialist düşüncəsinə xas tərzdə Mərkəzi Bankın banklar asossasiyası ilə tədbirlər planının hazırlanmasını tövsiyə edir. Əhaliyə verilən kreditlərin ödənilməsi və bank faizlərinin azalması ətrafında F.Mustafa və Q.Həsənquliyev seçicilərin marağından çıxış edirlər. Əksər deputatlar bank “sahiblərindən” çəkinirlər. “Hakimiyyətin mənbəyi xalqdır”-konstitusion müddəanı unudurlar. Bəzi deputatlar konkret təkliflərin verilməsində tərəddüd edir və yaxud verə bilmirlər. Mən bir hüquqşünas kimi haşiyə çıxıram: -Cinayəti törətmiş şəxslər ətrafında profilaktik və xəbərdarlıq söhbətlərin edilməsi gülüncdür. Bu cur tədbirlər ictimai münasibətlərə yönələcək (yönəlmiş) qəsdlərin qarşısını almaq üçün öncədən həyata keçirilməlidir. Cinayəti törətdikdən sonra profilaktikanın nə mənası?!
Artıq devalvasiya metastaz verməkdədir, biz isə banklar arasında sövdələşməni təklif edirik. Milli Məclisin görə bildiyi tədbirlərin bundan sonra icraya yönəlməsi də gecikmiş addımdır. Aylıq Əmək haqları 150-160 AZN olan şəxsin dediklərindən: “devalvasiyanın səhəri əczaxanadan aldığım 3 dərmana 69-AZN ödəyəndə əsəblərimi cilovlaya bilmədim. Ucuzlaşan dərmanların ancaq siyahısını eşitdik, amma əczaxanalarda baş, ürək, mədə-bağırsaq və orqanizmin digər üzvlərinə dair heç bir dərman preparatlarının dəyərində enmələrin şahidi olmadıq. Devalvasiyadan sonra isə 15-AZN dəyərində dərmanlar indi, 25-30 AZN-dir.
Alıcılıq qabiliyyətini xarakterizə edən devalvasiya və inflasiya əslində bu ilin fevral ayından sonra gözlənilən idi. Manatın dollara nisbətdə dəyərdən düşməsi səbəbindən bunu proqnozlaşdırmaq və preventiv tədbir görmək olardı. Lakin iqtisadi ekspertlər o vaxt da, bu gün də verdikləri şərhlər tumsuz toxuma bənzər. Mərkəzi Bankın devalvasiyanı rəsmən təsdiqləməsi ciddi şeydən xəbər verir. Sual yaranır 21 fevral 2015-ci ildə baş verən devalvasiyadan 10 ay ərzində niyə təsirli tədbirlərin görülməsi mümkün olmadı? Milli valyutanın bu dəfəki devalvasiyası sosial baxımdan hansı fəsadlar yaradacaq? – Vərəndaşların ödəniş qabiliyyətləri aşağı düşəcək, çətinləşəcək; Bu gündən başlayaraq xaricdən gələn bütün ərzaq, tikinti, tibbi, məhsullarının (malların) qiymətləri iki dəfədən çox artacaq; alıcılıq qabiliyyəti heçə enəcək. Sağlamlığın qorunması ilə bağlı dərman preparatlarını axı almamaq olmur. Bir tərəfdən bahalıq, digər tərəfdən də dərmanların təsir dərəcəsi olmadıqca, əlavə dərmanlara ehtiyac yaranır. Vətəndaşların aldıqları məvaciblər dəyişməz qalacaq və həmin məvaciblə fayda əldə etmək ehtimalı da çox azdır.
– Bank işçilərinin panikaya xas tərzdə hərəkətləri Milli valyutanın dəyərini bir az da azaldır, devalvasiyanın dərinləşməsinə şərait yaradır.
– Yerli məhsulların da qiyməti artacaq (məs: “səba” kərə yağlarının 1 kq 10 AZN-dən çoxdur.)nəticədə infilasiya faizi qalxa, Milli valyuta gözdən düşə və Xaotik hərəkətlərə şərait yarana bilər.
– Kiçik və orta sahibkarların işi çətinləşəcək. Əhalidə ödənişlər üçün problemlər yarandıqca bazar daralacaq, məhsulun istehlakı azalacaq. Sahibkarların müəyyən qismi bu vəziyyətə tab gətirməyib sıradan çıxacaq. Vaxt ötdükcə bu qəbildən olan iş adamları vəziyyəti bərpa etmək üçün şans tapa bilmədiyindən bədbinliyə qapılacaqlar.
– Daha çox kritik, daha obrazlı ifadə etsəm dramatik vəziyyət – problem xarici valyuta ilə kredit götürənlərlə banklar arasında yaranacaq.
Çünki kreditlər valyuta ilə baş verdiyindən ödəyicilərin vəziyyətinin acınacaqlı olacağı başa düşüləndir. Amma ödəyicilərin suçu yox. Axı Milli valyutamız Azərbaycan manatı ilə ifadə olunursa bankların xarici valyuta ilə “əməliyyatlar” aparması birbaşa xalqın iradəsini ifadə edən konstitusiyaya daban-dabana xiddir. Bunu bilə-bilə dollarla alver etmək korrupsiya əlamətləridir.
Azərbaycan Respublikası Konstitusiyanın 19-cu maddəsinin 3-cü bəndinə əsasən ölkə ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunur.
Soruşa bilərlər ki, devalvasiyanın heç müsbət məqamları yoxdur? Əlbəttə istəsək, var. Yəni, zərurət bizi məcbur edəcək ki, daxil istehsala daha çox maraq göstərək. Daha çox aqrar sənayenin inkişafına yaranan imkanlardan səmərəli istifadə edək, kənd təsərrüfatı məhsullarını xaricdən almayaq. “Pall süd”, “Atena”, “Milla” və digər yerli süd və ət məhsullarının inkişafına yaranan əngəllərə vətəndaş nəzarəti artmalıdır;Qiymətli metallar üzrə ehtiyat bazası arta bilər.
Bu gün baş verən devalvasiya yeni tariximizin məhsulu olsa da səhvimiz və müasir dövrün böyük problemlərindən biridir. Pulun alıcılıq qabiliyyəti azaldıqca istehsalla istehlak arasında ziddiyyətlər də artmağa başlayır. İstehsal təşkil olunmazsa, daxili bazarda əməliyyatlar barter üsulu ilə həyata keçirilə bilər. Bu, pulun alıcılıq qabiliyyətinin daha çox düşməsi ilə baş verə bilər. Bank sistemi üçün təhlükə yaranacaq və s.
Düşünürəm ki, pul krediti və vergi sahəsindəki siyasətə nəzarət gücləndirilməli, Prezident İlham Əliyevin dediyi kimi inhisarçılıq hallarına qarşı barışmaz mövqedə dayanmaq, ictimai nəzarət gücləndirilməlidir. “Heç kəs toxunulmaz deyil” .
Mövcud vəziyyət az təminatlı ailələr (əhali) təqaüdçü ilə, ahıllar və ailə tərkibi geniş olanlar, təhsil haqqını ödəməli olan şəxslər üçün ağır olacaq. İctimai rəyə istinad etsək kreditlərin, əmək haqqının və qiymətlərin tənzimlənməsi birbaşa dövlət tərəfindən həyata keçirilməlidir. Bu ərəfədə daxili ticarət və valyutanın kursu da dövlət tərəfindən tənzimlənməlidir. Belə bir böhranlı vəziyyətdə Mərkəzi Bank mərkəzləşmiş qaydada dövlət nəzarətini bütöv banklar üzərində tənzimləməni həyata keçirməlidir. Həddini aşan, çaşqın vəziyyətdən sui-istifadə edən bank işçilərinin hərəkətlərinə hüquqi qiymət verilməlidir.

Azinforum.az

 

Həmçinin oxuyun

Vilayət Eyvazovdan yeni rəis təyinatları

Xaçmaz və Xızı rayon Polis şöbələrinə yeni polis rəisləri təyin edilib. Daxili işlər naziri, general-polkovnik …

Bir cavab yazın