Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / DEPUTATLIĞA  XANIM NAMİZƏDDƏN SƏRT ÇIXIŞ – “HEÇ KİMDƏN QORXMAYIN!” (FOTOLAR)

DEPUTATLIĞA  XANIM NAMİZƏDDƏN SƏRT ÇIXIŞ – “HEÇ KİMDƏN QORXMAYIN!” (FOTOLAR)

Bu gün 85 saylı seçki dairəsindən deputatlığa namizəd olan, tanınmış həkim – dietoloq Ləman Süleymanovanın Şamaxı rayonunun Sabir qəsəbəsində seçicilərlə möhtəşəm görüşü baş tutub.

Azinforum.az-ın  həmin görüşü izləyən müxbirinin verdiyi məlumatına görə, əvvəl Ləman Süleymanovanı müşahidə edən tanınmış ziyalılar dəstəklədikləri namizədin üstün keyfiyyətlərindən danışıblar.  Sonra isə, onlar bütün seçiciləri  ən layiqli namizəd kimi Ləman Süleymanovaya səs verməyə çağırıblar. Görüş zamanı deputatlığa namizəd Ləman Süleymanova möhtəşəm bir nitq söyləyib. Namizəd qeyd edib ki, onun seçki kampaniyasına maneçilik cəhdləri olunur:

“Əziz şamaxılılar, mən sizin içinizdən çıxan biriyəm. Hiss edirəm ki, ürəyiniz mənimlə birdir, ancaq sizə mənimlə təmas qurmağa mane olan qüvvələr var. Unutmayın ki, bütün bunları edən yerli məmurlar özfəaliyyətlə məşğuldurlar. Mən hazırkı hakimiyyətin  siyasi kursunu dəstəkləyən namizədəm, amma fikir verirəm ki, mənimlə hansısa radikal cərayanın nümayəndəsi kimi davranırlar. Keçirdiyim görüşlərdə bilərəkdən işıqları söndürürlər. İnsanların mənimlə görüşünə suni-maneçilik yaradırlar. Əlimizdə bütün bunları sübut edən kifayət qədər ciddi dəlil və sübutlarımız var. Əminəm ki, qanunvericilikdən kənar işlərlə məşğul olaraq, seçkinin demokratikliyinə şübhə salmaq istəyən bütün şəxslərin qanunvericilik qarşısında cavab verməsinə nail olacayıq. 

Siz tarixə böyük şəxsiyyətlər bəxş etmiş bir diyarın övladlarısınız. Heç kimdən qorxmayın! Heç kimin şirin və yalançı vədinə allanmayın! Noyabrın 1-də seçki məntəqələrinə gedin və yalnız Ləman Süleymanovaya səs verin ki, mən sizin hüquqlarınızı qoruya bilim. Yalnız 5 ildən bir sizi yada salana deyil, hər gün yanınızda olmağa hazır olan LƏMAN SÜLEYMANOVAYA SƏS VERİN!

Əməkdaşımızın verdiyi məlumata görə, Sabir qəsəbəsinin görüşdə iştirak edən sakinləri yetkilliklə Ləman Süleymanovaya səs verəcəklərini bildirdilər. Onlar Ləman Süleymanovaya yaxınlaşaraq bəzi problemlərindən söz açıblar. Namizəd millət vəkili seçiləcəyi  təqdirdə problemlərin həlli istiqamətində əlindən gələni edəcəyinə dair seçicilərə vəd verdib.

EMİN FƏRHADOV 

Azinforum.az

s1

s3s2 s4

s5

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …

Bir cavab yazın