Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Cəmiyyət / Deputatlar qurban kəsib imkansızlara paylayır? – SORĞU

Deputatlar qurban kəsib imkansızlara paylayır? – SORĞU

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur. Qurban bayramı ilə əlaqədar Azərbaycan məscidlərində bayram namazı qılınıb.

Oxu.Az Milli Məclisin bir neçə deputatı arasında qurban kəsib-kəsməməsi ilə bağlı sorğu keçirib.

Deputat Vahid Əhmədov bildirib ki, hazırda təmsil etdiyi Quba rayonundadır və qurban kəsərək Quba sakinlərinə paylayıb.

Millət vəkili Kamilə Əliyeva isə Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib və qurban kəsdiyini əlavə edib:

“Gözümü açandan ailədə görmüşəm ki, atalarımız, analarımız, babalarımız qurban kəsərək paylayıblar. Mən də bu ənənəni davam etdirirəm. Qurbanlarımı kəsmişəm və paylayıram. Allah hamının kəsdiyi qurbanları qəbul eləsin”.

Deputat Fəzail Ağamalı da qurban kəsdiyini və qonşular, imkansızlar arasında payladığını vurğulayıb.

Millət vəkili Rüfət Quliyev də qurban kəsənlər arasındadır:

“Mən də, oğlanlarım da qurban kəsib. İslam adəti ilə kəsdiyimiz qurbanlıq heyvanların ətinin bir qismini özümüzə saxladıq. Yerdə qalanını isə kasıblara payladıq. Mən həmişə bizim ailədə belə görmüşəm”.

Həmçinin oxuyun

“İki sahil” qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, iqtisadi qüdrətinin artmasında, dünya iqtisadi sisteminə inteqrasiyasında və dünya birliyində layiqli …