Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Cəmiyyət / Deputatlar 2 manatlıq çay barədə: `Cibimizə uyğun deyil`

Deputatlar 2 manatlıq çay barədə: `Cibimizə uyğun deyil`

Bulvar ərazisində çayın 2 manata satılması günün əsas müzakirə mövzusuna çevrilib. Məsələyə Milli Məclisin deputatları da münasibət bildiriblər.
Millət vəkili Asim Mollazadə AzVision.az-a açıqlamasında deyib ki, Bulvarda çayın qiyməti baha olduğundan insanlar bundan naraz idilər: “Özüm də bir neçə dəfə Dənizkənarı parkda bunun şahidi olmuşam. İnsanların da dediyi kimi, qiymətlər yüksəkdir. Vətəndaşlar narazıdırsa, demək bu məsələni həll etmək lazımdır. Yaxşı olardı ki, qiymətlər daha ucuz olsun”.
Milli Məclisin deputatı Fazil Mustafa hesab edir ki, Bulvardakı qiymətlər ora istirahətə gələn insanların cibinə uyğun deyil.
“Bulvarda çayın qiyməti olduqca bahadır. İstirahətə gələn insanlar qiymətlər baha olduğundan bu xidmətlərdən yararlana bilmirdilər. Qiymətlərin ucuzlaşması mütləq lazım idi”.
Deputat boş vaxtlarında Bulvara getmədiyini vurğulayıb: “Dənizkənarı parkda havanın təmizliyini o qədər də hiss etmirəm. Dənizin digər sahillərində, Nardaranda istrahət edirəm. Sözün açığı çayxanaya o qədər çox meyilim yoxdur və buna heç vaxt da imkan vermir”.
Deputat hesab edir ki, çayxanalardakı qiymətlər icra haqlarının yüksək olması ilə əlaqədar dəyişir: “Ticarət elə bir sahədir ki, burada yan faktorlar var. Belə ki, bəzi qurumlar obyekt sahiblərindən çox pul istəyirlər, onlar da məcburdur ki, belə baha qiymətə satsınlar. Çünki ticarətçi baha qiymət qoyub müştərini qaçırmaz. Ola bilsin ki, bəzi problemlər var ki, onlar onu qarşılaya bilmirlər. Bu baxımdan qiymət yüksəkdir. Hətta qiymətlər bizim də cibimizə uyğun deyil, sadə insanlar nə etsinlər bəs?”.
Qeyd edək ki, Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib ki, bundan sonra Bulvarda sadə çay 2 manata, mürəbbə ilə isə 3 manata satılacaq.
N.Məcidovun sözlərinə görə, Bulvarda çaya görə artıq pul istəsələr müştərilər 0552827000, 0124801836 nömrələrinə şikayət edə bilərlər.. Əgər kimsə 2-3 manatlıq çaya görə vətəndaşdan artıq pul tələb edirsə, “mütləq çayın yanında çoxsaylı şirniyyat almalısan” tələbini qoyursa, cəzalandırılır.

 

Həmçinin oxuyun

Atəş səslərinin müşayiəti altında mahnı oxuyan əsgərlərimiz – VİDEO

Bir-birinin ardınca işğal olunmuş yaşayış məntəqələrimizi azad edən ordumuzda ruh yüksəkliyi hiss olunur.  Sosial şəbəkələrdə …

Bir cavab yazın