Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / Cəmiyyət / Deputatla jurnalist arasında daha bir qalmaqal

Deputatla jurnalist arasında daha bir qalmaqal

Deputat Etibar Əliyev Əməkdar jurnalist Azər Həsrət bir-birini təhqir edib. Azinforum.az xəbər verir ki, bu gün E. Əliyev sosial şəbəkədə Azər Həsrət haqda aşağılayıcı paylaşım edib. Qarşı tərəf də səssiz qalmayıb və deputat haqda təhqiramiz fikirlər səsləndirib. 

Öncə E. Əliyevin paylaşımını təqdim edirik:

– Əli Həsənovun ən yaxın adamlarından biri olan Azər Həsrət Parlamentə böhtan atmaqda, hakimiyyətin ikinci qoluna qarşı iftiralar yağdırmaqda davam edir. Adam deyir ki, 44 günlük Vətən müharibəsində deputatlar susublar. 

Əli Həsənovdan sonra bunun bir sanballı böyüyü də qalmayıb ki, onu başa salsın ki, Milli Məclisin bütün deputatları Tovuz hadisələrindən etibarən Vətən müharibəsi dövründə ingilis, rus, fransız və ərəb dillərində hər dəqiqə, hər an Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırıblar. Mən deputatların ayrı-ayrı fondlara keçirdikləri vəsaitləri, Şəhid və qazi aillələrinə göstərdikləri qayğının detallarını xatırlatmaq istəməzdim. 

Adam hansısa xarici qüvvələrin təsiri altına düşüb hakimiyyətin ikinci qoluna böhtanlar atır. Bu cür avantüristlərə meydan verənlər hansı məqsədləri güdürlər? Bu gün parlamentin buraxılması ilə bağlı avantürist fikirləri tirajlamaq ölkəmizin əleyhinə olan xarici qüvvələrin diqtəsidir. Azər Həsrət kimi tiplər Qarabağda bərpa işlərini apardığımız zamanda və bütün qüvvələrimizi ora yönəltdiyimiz bir halda dövlətin və cəmiyyətin başını seçki prosesinə qarışdırmaq missiyasını götürüblər. Bu cür psixoloji tiplərə meydan vermək dövlətçiliyimizə qarşı yönəlmiş addımdır. Şəxsi mənafeyini ictimai mənafedən üstün tutan savadsız, böhtançı adamlara efir vermək yalnız ictimai rəyi çaşdırmağa xidmət edir. 

P.S. Yeri gəlmişkən, Azər Həsrətin bir cəsarətli davranışını da burada vurğulamadan keçə bilmərəm, adam açıq şəkildə etiraf etdi ki, bəli, mən, Əli Həsənovun trolu olmuşam.

Azər Həsrət isə cavabında yazıb:

– Deyirlər, 50 manatlıq deputat yenə də kölgəmə… Ay bədbəxt, Azər Həsrət haqqında söz demək sənin kimi düşüklərin işi deyil. Səni bu cəmiyyətdə “50 manatlıq” kimi tanıyırlar. 

Boşuna Əli Həsənovun adını da hallandırma. Onun vəzifədən ayrıldığı artıq 2 il olacaq və biz də ona deyil, Prezidentə xidmət edirik. Hələ də qanmırsansa bunu, get bir az da otdan-ələfdən ye. 

Parlamentin buraxılmasına gəlincə, bunun qərarını da Prezident verəcək (parlamentdəki çoxluğun vasitəsilə). Ona görə də özünü yorma. Buraxılmalı olsa, buraxılacaq və əmin ol ki, səni parlamentə buraxmaqla səhv edənlər o səhvi növbəti dəfə təkrar etməyəcəklər. Çünki sən parlamentdə də özünü “50 manatlıq” səviyyəsində aparmağa davam edərək onların başını aşağı edirsən. 

Qınamıram, səviyyən budur sənin. Nə edəsən ki? Evdə bişməyib, qonşudan gəlməyib…

Həmçinin oxuyun

Təqaüdə göndərilən generala yeni vəzifə verildi

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov təqaüddə olan polis generalına vəzifə verib.Qaynarinfo.az xəbər verir …