Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Deputatın sələmçilik fəaliyyətinin gizlinləri ortaya çıxır

Deputatın sələmçilik fəaliyyətinin gizlinləri ortaya çıxır

Rüfət Quliyevin hansı əmlakları var?
Üç dəfə Lənkərandan deputat olan Rüfət Quliyevin sələmçiliyi haqda yazmışdıq. Redaksiyamıza daxil olan məlumata görə, R.Quliyev “European Tobacco” şirkətinin rəhbəri olmaqla bərabər, sələmçilik biznesi ilə məşğuldur. Aldığımız məlumata görə, Rüfət Quliyev 40 illik dostu Namiq Səfərovun ailə üzvlərinə qarşı etdiklərini bir neçə şəxsə qarşı da edib. Ən müxtəlif sənədlər əsasında onların əmlaklarını əllərindən alıb. Bu yolla deputatın bir xeyli əmlaklara sahib olduğu haqda xəbərlər var.

Deputat Lənkəranda əhəmiyyətli dövlət obyektlərini özəlləşdirib. İddia edilir ki, Haftoni çay fabriki Quliyevin əmisi oğlu Rəşid Quliyevin adına rəsmiləşdirilib. Lənkəran çay fabrikini əmisi Fərman Quliyevin adına keçirib. Lənkəranın mərkəzində “Alov” kompleksi fəaliyyət göstərir. Kompleksdə restoran, şirniyyat evi, dönərxana yerləşir. “Doqquz mərtəbə” adlanan binanın 1-ci mərtəbəsini tam əhatə edən apteki deputat biznes məqsədilə icarəyə verib. Həmin yer indi “Boranı” restoranı kimi xidmət göstərir. Sarı qəsəbəsində üzümçülük kompleksi və pivə zavodu, Sütəmurdov kəndində “AzerAqua” mineral su zavodu da var. R.Quliyevin fəaliyyətindən narazılıq edən seçicilər qeyd edirlər ki, deputat ailəsinin və qohumlarının həyatını firavanlaşdırmaqla məşğuldur. Politika.az deputatın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla işbirliyində olması haqda xəbər yayıb.

Xatırladaq ki, Rüfət Quliyevin sələmçiliklə məşğul olmasına mətbuatda və ictimaiyyətdə sərt təpki verilib. Deputat 2011-ci ildə iş adamı Namiq Rahib oğlu Səfərova 10 faizlə külli miqdarda sələmə borc verib. Sonradan isə borclu dünyasını dəyişdiyindən onun ailəsini – Nuranə Mirzəli qızı Səfərovanı məhkəməyə verərək sələmə verdiyi 82 min dollar qarşılığında 246 min dollar faiz tələb edir. Deputatın iddiasına avqustun 18-də Səbayel Rayon Məhkəməsində hakim Zaur Əliyevin sədrliyi ilə baxılacaq.

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …

Bir cavab yazın