Cümə , İyul 30 2021
Ana səhifə / Cəmiyyət / “Deputatın oğlunun ölüm səbəbi xizək qəzası deyil” – Açıqlama

“Deputatın oğlunun ölüm səbəbi xizək qəzası deyil” – Açıqlama

“Deputat Əsabil Qasımovun oğlu İsveçrədə xizək qəzası zamanı deyil, yüksək qan təzyiqindən dünyasını dəyişib”. 

Bu barədə Azvision.az -a deputatın köməkçisi Rauf Həşimov məlumat verib. O, bildirib ki, mərhum Elçin Qasımov kanatda olan zaman qan təzyiqi yüksəlib və bu səbəbdən vəfat edib. R.Həşimovun sözlərinə görə, mərhumun meyiti hələ Bakıya gətirilməyib. 

Xatırladaq ki, 29 yaşlı Elçin Qasımov 2 gün əvvəl dünyasını dəyişib. Onun atası Əsabil Qasımov 79 saylı İmişli seçki dairəsindən deputat seçilib. 

Həmçinin oxuyun

Flora Kərimovadan Əli Kərimliyə cavab: “Demədiyim sözü yozumunuz arzunuzdur, yoxsa böhtanınız?”

“Kəramət, çox təəssüf edirəm ki, Allahından bəxşiş verilən fərqli düşüncən lağ-lağa və məsxərələrdə xərclənir” “Bu …