Şənbə , Fevral 24 2024
Ana səhifə / Cəmiyyət / Deputatın oğlu Londondakı mənzilini satdı – FOTO

Deputatın oğlu Londondakı mənzilini satdı – FOTO

Milli Məclisin deputatı Azər Kərimlinin oğlu Fəxri Kərimli Londondakı mənzilini 625 min funt sterlinqə (1,33 milyon manat) satıb. Hazırda beynəlxalq neft treyderi kimi fəaliyyət göstərən Fəxri Kərimli Londonun Ability meydanındakı (Millharbour 37, mənzil 186) 94 kv. metrlik 3 otaqlı əmlakına ötən il müştəri tapıb.

Bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli yazır. 

“Mənzil Fəxri Kərimlinin Londonda təhsil aldığı dövrdə, 2013-cü ildə alınıb və o zamankı dəyərindən 16% artıq qiymətə satılıb. Əmlakın satışının nə ilə əlaqəli olduğu bəlli deyil. Deputatın ailəsi uzun müddətdir ki, Londonda məskunlaşıb” – C.Həsənli bildirib.

Həmçinin oxuyun

SOCAR-ın keçmiş vitse-prezidenti niyə və kimin qəzəbinə gəldi? – VİDEO

Ötən həftə Xəzər TV-də Bakının Nizami rayonu Qara Qarayev prospekti 229 ünvanında aaprılan tikinti ilə …