Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Deputatın gizli biznesi: Hacı Salayev icra başçısının obyektini ələ keçirib

Deputatın gizli biznesi: Hacı Salayev icra başçısının obyektini ələ keçirib

Biznesmen deputat, keçmiş nazir Füzuli Ələkbərova məxsus İsmayıllı rayounun İvanovka kəndində ki, müasir çörək zavodunu aldığı deyilir.

Bildirək ki, İsmayıllının İvanovka kəndindəki zavodu keçmiş nazir Füzuli Ələkbərov tikdirib. Həmin zavodun inşası üçün investisiya layihəsinin maliyyələşdirilməsinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1,5 milyon manata yaxın güzəştli kredit ayrılıb. Zavodun avadannlıqları isə xarici ölkələrdən gətirilib.
Həmin zavodun hazırkı vəziyyəti ilə xəbər verən mənbə bildirir ki, İvanovka kəndindəki çörək zavoduna İsmayıllının keçmiş icra başçısı, sabiq nazirin qardaşı Nizami Ələkbərov nəzarət edirdi. İsmayıllı olaylarından sonra Ələkbərovların işdən alınması zavodda ciddi problemlər yaradıb və işçilərin əmək haqqısı belə verilməyib. Mənbəmiz bildirir ki, zavodun işlədilməsində problemləri görən Nizmai Ələkbərov obyekti satmaq qərarına gəlir. Keçmiş naziri zavodunu isə depuatat biznesmen Hacı Salayev alıb. İddiaya görə millət vəkili İvanovka kəndindəki çörək zavodunun alınması üçün 1 milyon manata yaxın xərc çəkib. Hazırda Hacı Salayevin İsmayıllıdakı çörək zavoduna Bakıda işçilər göndərdiyi bildirilir.
Bildirək ki, deputat Hacı Salayevin Bakı şəhərində Xəzər çörək zavoduna sahib olması ilə bağlı mediada məlumatlar yayılmışdı. Həmin vaxt Hacı Salayev çörək zavodunun ona məxsus olub olmaması ilə bağlı hər hansı açıqlama verməmişdi. Xəzər çörək zavodunu deputatın oğlunun Ayaz adlı dostu işlətdiyi deyilir.
Mənbəmiz İvanovka kəndindəki çörək zavoduna iki həftə öncə Xəzər çörək zavodunu işlədən Ayaz adlı şəxsin Pərviz adlı dostunun rəhbər təyin eildiyini bildirdi. Biz millət vəkili Hacı Salayevin çörək biznesi ilə məşğul olmasını əslində təqdirəlayiq bir iş hesab edirik. Çünki çörək hər zaman ölkə üçün strateji bir məhsuldur. Ancaq deputatın çörək zavodunu işlədənlər bu etimaddan istifadə edərək bir çox qanunsuzluqlar edirlər. Bu və digər məsələlərlə bağlı növbəti sayımızda oxucularımıza daha ətraflı məlumat verəcəyik(azfakt.com).

Həmçinin oxuyun

Çovdarovların “Vosmoy bazarı”na dair iddiası təmin olunmadı

Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq generalı Akif Çovdarovun cinayət işi üzrə …

Bir cavab yazın