Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Cəmiyyət / Deputat: “Varlı insanlar hara köçəcəklər? Aya, ya Marsa…”

Deputat: “Varlı insanlar hara köçəcəklər? Aya, ya Marsa…”

“Üçüncü Dünya müharibəsinin birinci mərhələsi artıq başlayıb”. 

Bunu Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, dünyada o qədər nüvə silahı var ki, bu silahların istifadəsi dünyanı 50 dəfə toza çevirə bilər, Yer kürəsi məhv olar:

“Onda varlı insanlar hara köçəcəklər? Gərək Aya, ya Marsa, Veneraya qaçsınlar. İndiki vəziyyətdə bu da mümkün deyil. Ona görə də düşünürəm, hansısa addımlar atılmalıdır. Həm Qərb, həm Ukrayna-Rusiya, eyni zamanda Rusiyaya dəstək olan Belarus, Şimali Koreya  tərəfi masa arxasında düşünməlidirlər. Bunun gələcəyi yoxdur, heç kim geri çəkilmək istəmir. Konsensusa gəlməyə ehtiyac var, başqa yolu yoxdur. İqtisadiyyat da uduzur, insanlar da. Qərbin özündə ictimai rəy o qədər də hərbin tərəfində deyil, çünki əziyyət çəkirlər”. Pravda.az

Həmçinin oxuyun

Azərbaycanlı kinoşünas beynəlxalq festivalın münsiflər heyətində yer aldı

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) üzvü, tanınmış kinoşünas və rejissor Ayaz Salayev noyabrın 29–dan dekabrın …