Bazar , Noyabr 28 2021
Ana səhifə / Cəmiyyət / Deputat: “Üçüncü doza vaksinin heç bir yan təsiri yoxdur”

Deputat: “Üçüncü doza vaksinin heç bir yan təsiri yoxdur”

“Hər kəs yeni növ koronavirus (COVID-19) pandemiyasının sonlanmasını səbirsizliklə gözləsə də, əksi baş verir. Yəni, virusun müxtəlif mutasiyaları yayılır və infeksiya daha sürətlə yoluxdurur. Şükürlər olsun ki, Azərbaycanda koronavirus əleyhinə 4 növdə vaksin növündən istifadə edilir və vətəndaşların peyvəndləməyə meyili müşahidə edilir. Buster doza ilə peyvəndləmə də virusun qarşısının alınması baxımından vacibdir. Araşdırmalar göstərir ki, üçüncü doza vaksinin heç bir yan təsiri yoxdur, əksinə xəstəliyə yoluxanların infeksiyanı daha yüngül keçirməsinə səbəb olur”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

Onun sözlərinə görə, gənclər bəzən düşünürlər ki, onlar xəstəliyə yoluxsalar belə, infeksiyanı yüngül keçirəcəklər, çünki immunitetləri güclüdür: “Lakin nəzərə almaq lazımdır ki, koronavirusla yoluxmuş istənilən xəstə digərlərini yoluxdura bilər. Bu, xüsusilə risk qrupuna daxil olanlar, tibb işçiləri, 65 yaşlılar üçün daha təhlükəlidir. Həmçinin vaksin vasitəsilə vətəndaşların bədəninə “çip” yerləşdirilməsi kimi şaiyələrə uymaq olmaz. Belə deyil, bu gün bütün dünya COVID-19-la mübarizə aparır. Vaksinasiyanın əsas məqsədi kütləvi immuniteti formalaşdırmaqdır. Çünki orqanizmdə həmin virusa qarşı immunitet olduqda infeksiya ilə yoluxma zamanı bədən həmin virusu tanıyır. Belə olan halda da xəstə infeksiyanı daha yüngül keçirir. Epizodik halları çıxmaq şərtilə, koronavirus əleyhinə istifadə edilən vaksinlərin, demək olar ki, heç bir yan təsiri yoxdur. Vətəndaşlar məsuliyyətli olmalı və vaksinasiya prosesində aktiv iştirak etməlidirlər. Hətta iki doza vaksin alanlar buster doza ilə peyvəndləməyə maraq göstərməlidirlər. Xüsusilə risk qrupuna daxil olanlar üçün buster doza vurdurmaq daha vacibdir”.

Həmçinin oxuyun

“İki talesiz insanın oğluyam” – Məmməd İsmayıldan eşitmədiyiniz hekayətlər

Şair Məmməd İsmayıl şeirlərinin birində “bir bizim ömrümüz var, bir də ki taleyin ömrü”, deyir. …