Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Cəmiyyət / Deputat toy məclisinə dəstək oldu

Deputat toy məclisinə dəstək oldu

Milli Məclisin Əmək və Sosial- Siyasət komitəsinin sədri Hadı Rəcəbli bu günlərdə Lənkəranda iki sosial durumu çətin olan gəncin ailə həyatı qurmasına dəstək olub.

Modern.az xəbər verir ki, millət vəkilinin xeyir duası və bilavasitə dəstəyi ilə baş tutan bu toy şənliyində deputatın ailə üzvləri, qohumlar və yaxın dostları da iştirak ediblər.

Toy şənliyini giriş sözü ilə açan Hadı Rəcəbli ilk öncə yeni ailə quran gənclərə xoşbəxtlik arzulamış, möhtərəm prezidentimiz hörmətli  İlham Əlivev cənablarına ölkədəki sabitlik, əminamanlığa görə  öz adından və toya gəlmiş qonaqlar adından  təşəkkürünü bildirib.

Millət vəkili onu da qeyd edib ki, Azərbaycanda ailə cəmiyyətin əsasıdır.Ailədə qarşılıqlı anlaşma, güzəştə getmək, mənəvi tərbiyə, zəhmətsevərlik, şükranlıq, qənaətcilik və digər amillər uğurların və bütövlüyün əsasıdır. O, gənc ailəyə qoşa qarıyasınız, xoşbəxt olun arzularıyla fikrini yekunlaşdırmış, ulu öndər Heydər Əliyevin ailə nümunəsini misal gətirib.

 

Sonda deputat qonaqlarla birlikdə yeni ailə quran cütlüyə bir daha xeyir-dua vermiş və şənlikdə fəal iştirak edib.

Həmçinin oxuyun

Bu müəllimlər məcburi şəkildə vaksinasiya olunacaqlar – VİDEO

Məktəblərdə ənənəvi təhsilə fevralın 1-dən start veriləcək. Pandemiya dövründə şagird və müəllimlərin təhsil prosesinə cəlb …