Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / “Deputat olmağa çox böyük şansım var idi” – Afaq Bəşirqızı

“Deputat olmağa çox böyük şansım var idi” – Afaq Bəşirqızı

“Deputat olmağa çox böyük şansım var idi. Hətta bir dairəyə söhbət yayılmışdı ki, namizədliyini buradan verəcək. Namizədliyini həmin dairəyə vermək istəyən şəxslər geri çəkilmişdilər”.

Bu sözləri “Künc bucaq” layihəsində Xalq artisti Afaq Bəşirqızı deyib.

O deyib ki, sənətinə edilən hörmət ona böyük hörmətlər gətirib: 

“Onlar kifayət qədər savadlı və iş bacaran şəxslər idilər. Bilirdilər ki, Afaq xanım keçəcək. Hər kəs öz yerini tanımalıdır. Dəfələrlə demişəm, yenə  deyəcəyəm. Sənətimə olan hörmət mənə çox böyük şanslar verib. İndi onu ehtiyacı olan insanlar üçün xərcləyirəm. İş barədə, ev barədə.

Sağ olsunlar, hamısına şamil etmirəm, o kresloda oturan bəzi igid oğullar ki, onlar sənətkarı başa düşürlər. Bilirlər ki, sənətkar ona zəng edibsə, özü üçün deyil, Məmməd, Əli, Vəli, Pirvəli üçün zəng edib.Xahişimi yerə salmırlar. Bu da mənim vətəndaşa, qanı-canı bir insana hörmətimdir. Bununla da fəxr edirəm. Bir pyes var, adı “Öz keyfinə gəzən pişik”dir. Mən “öz keyfinə gəzən pişiy”əm. Kabinetdə oturum, hansısa telefon zəng edir, qayda-qanunlar. Həmişə səksəkədə olurlar”. 

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …