Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / Cəmiyyət / Deputat: “Ödənişsiz parklanma olan yerlərdə yığılan pulları kim “yeyir”?!”

Deputat: “Ödənişsiz parklanma olan yerlərdə yığılan pulları kim “yeyir”?!”

“Bakıda şəxsi avtomobillərin sayının əhəmiyyətli dərəcədə artması müəyyən çətinliklər yaratsa da, parkinqdə pul yığmaq çıxış yolu deyil. Camaatdan nə qədər mümkündürsə, o qədər çox pul qoparmağa çalışırlar; başqa işləri-gücləri yoxdur. Daha düşünmürlər ki, bu vətəndaşın dolanışığı təmin olunur, ya yox?!  Hər sahədə vəziyyət təxminən eynidir:  vergi, cərimə, ödəmə və s. Bəs, bu bədbəxt oğlu nə qədər əmək haqqı və ya pensiya alır ki, həmin ödənişləri ödəyə bilsin”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Parlament üzvü bildirib ki, Bakıda avtomobillərin parklanma sistemi düzgün qurulmayıb: “Bəzi yerlərdə parkinq aparatları gah quraşdırılır, gah da sökülür. Mən bu məsələdən əhəmiyyətli dərəcədə narazı və narahatam. Qanuni, lakin ödənişsiz parklanma olan yerlərdə yığılan pulları kim “yeyir”, onlar hansısa büdcəyə gedir və vergilər necə verilir?! Üstəgəl, sual yaranır ki, bu işə kim nəzarət edir?! Ötən il bu məsələ ilə bağlı bir təhlil aparıb, Bakıda gün ərzində parkinqdən təxminən 1 milyon manata yaxın pul yığıldığına dair nəticə əldə etmişdim. Bəs maraqlıdır, 1 milyon kimin cibinə gedir?! Gah deyirlər, Bakı Şəhər İcra Hakimiyyəti, gah da deyirlər ki, Bakı Nəqliyyat Agentliyi məsuliyyət daşıyır. Ondan buna, bundan ona… İstanbul kimi böyük şəhərlərdə binalar arasında parkinq yerləri ayrılıb və tamamilə ödənişsizdir. Azərbaycanda da Sovet dövründə ödənişli parklanma yox idi. Razıyam, şəxsi avtomobillərin sayının əhəmiyyətli dərəcədə artması bəzi problemlər yaradıb, amma parkinqdə pul yığmaq çıxış yolu deyil. Belə danışanda da bəzi qurumlar inciyirlər. Amma istənilən halda, bu məsələni ciddi tənzimləmək lazımdır”.

Həmçinin oxuyun

Əli İnsanovu toya buraxmadılar

Noyabrın 27-də keçmiş səhiyyə naziri Əli İnsanov toy mərasiminə buraxılmayıb. Sabiq nazir paytaxtın Xətai rayonu …