Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / DEPUTAT JURNALİSTDƏN YÜZ MİN MANAT TƏLƏB EDİR – MƏHKƏMƏ

DEPUTAT JURNALİSTDƏN YÜZ MİN MANAT TƏLƏB EDİR – MƏHKƏMƏ

Azinforum.az xəbər verir ki, Milli Məclisin deputatı Aytən Mustafayeva “Gündəlik Teleqraf” qəzetinin şef redaktoru Taleh Şahsuvarlı və Strateq.az saytına qarşı məhkəmə iddiası qaldırıb. Deputat  son parlament seçkisi dövründə onunla alternativ olmuş Taleh Şahsuvarlı tərəfindən aparılan təbliğat zamanı ağır təhqirə məruz qaldığı qənaətinə gəldiyi üçün məsələnin hüquq müstəvisində araşdırılmasını istəyir. Qeyd edək ki, Strateq.az saytı Taleh Şahsuvarlının MSK-ya ünvanladığı şikayəti dərc etdiyi səbəbindən bu məhkəmə prosesinə cəlb olunub. Jurnalist Taleh Şahsuvarlı deputatın iddiası ilə razılaşmadığını, hətta ilkin işin məhkəmə baxışına təyin edilməsində kobud prosesual qanun pozuntularının olması qənaətindədir. Azinforum.az tanınmış jurnalistin bu gün olacaq məhkəmə prosesi barəsində səsləndirdiyi fikirləri təqdim edir:

“Əziz dostlar!
Məlumunuz olduğu kimi, parlament seçkiləri dövründə namizəd Aytən Mustafayeva ilə bağlı MSK və DSK-ya etdiyim şikayəti o, öz şərəf və ləyaqətinə həqarət kimi dəyərləndirib. Nədənsə bu cür dəyərləndirmə aparmaq onun yadına deputat mandatını cibinə qoyandan sonra düşüb. Bu gün saat 10-da məhkəmənin növbəti iclası olacaq. Ancaq birinci iclasda mən Yasamal rayonunda yaşamadığımı və işləmədiyimi əsas götürərək iddiaya başqa rayon məhkəməsində baxılmasını tələb etmişdim. Vəsatətim təmin olunmamışdı və buna görə də apellyasiya şikayəti vermək fikrindəyəm. Ancaq bu günə qədər həmin qərar mənə təqdim olunmayıb, ünvanıma göndərilməyib. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bildirib ki, məhkəmələr elə qərar qəbul etməli və davranmalıdır ki, ədalət anlayışı şübhə altında qalmasın. Məgər bu ölkədə Aytən Mustafayeva Prezidentdən daha yüksək bir səlahiyyət sahibidirmi ki, deputat olaraq onun cılız maraqları naminə Yasamal rayon məhkəməsi bizi apellyasiya şikayəti vermək hüququndan da praktiki olaraq məhrum edir? Mən Səbail rayonunda yaşayır, Binəqədi rayonunda işləyirəm. Qeydiyyatım Bərdə rayonunadır. Strateq.az saytı müstəqil hüquqi şəxs deyil, hüququ şəxs Elxan Şükürlünün rəhbərlik etdiyi “Strateq MMC” dir ki, o da Xətai rayonunda yerləşir. Mülkü Məcəlləyə görə, Aytən Mustafayeva bizə qarşı Bərdə, Səbail, Xətai və Binəqədi rayonlarında iddia qaldıra bilər. Amma deputatı olduğu Yasamal rayonunun məhkəməsinə mçüraciət edib. Bununla, aidiyyat qaydasını kobud surətdə pozmaqla öz səlahiyyətlərindən məhkəməyə təzyiq etmək üçün istifadə edəcəyinə şübhə yaradıb. Seçki öncəsi demişdi axı: “Məmurlara təzyiq edəcəm”! Şübhə və təzyiq ehtimalı olan yerdə məhkəmə ədalət anlayışını bəribaşdan zərbə altında qoyur. Amma mən ilk növbədə İlham Əliyevin ədalətinə inanan adamam! Əgər sabah məhkəmə Aytən Mustafayevanın lehinə əsassız şəkildə hər hansı qərar çıxarsa, əmin olun ki, bu məsələ orada bitməyəcək!”

Azinforum.az

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın