Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / Cəmiyyət / Deputat hamilə qalan 11 yaşlı qızın ailəsiylə görüşmək istədi, ancaq…

Deputat hamilə qalan 11 yaşlı qızın ailəsiylə görüşmək istədi, ancaq…

“İmişlidə hamilə qalan 11 yaşlı uşağın ailəsi ilə görüşmək istədim. Görüşmək istəmədilər, imtina etdilər. Onların psixoloji vəziyyətini başa düşürəm”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev İmişlidə 11 yaşlı uşağın iddiya görə, ögey atalığı tərəfindən zorlanaraq hamilə qalması və dünyaya uşaq gətirməsindən danışarkən deyib. Deputat baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanları, rayon prokuroru ilə müzakirə apardığını bildirib:
“Məsələ onların nəzarətindədir. Baş verən hadisə ilə bağlı açıqlama olacaq. Ümumilikdə isə bu, dəhşətli bir cinayətdir. Məndə olan məlumatlar onu deməyə əsas verir ki, ana analıq hüququndan məhrum olunmalıdır. Hətta nənəsi və babasının dediyinə görə, onlar da imtina edib. Yəni onların da bu məsələdə müəyyən məsuliyyəti var”. 
Razi Nurullayev hesab edir ki, bu baxımdan ana cinayətə cəlb olunacaqsa, analıq haqqını itirmiş hesab olunacaq:
“Ondan sonra uşaq alınıb uşaq mərkəzlərinin birinə verilməlidir. Çünki bundan sonra nə o uşaq həmin ailədə yaşaya bilər, nə də ana ona analıq edə. Ana həmin haqqını itirib”. 

Həmçinin oxuyun

Əli İnsanovu toya buraxmadılar

Noyabrın 27-də keçmiş səhiyyə naziri Əli İnsanov toy mərasiminə buraxılmayıb. Sabiq nazir paytaxtın Xətai rayonu …