Ana səhifə / Cəmiyyət / Deputat Hacı Salayevin “Milyarderlər İttifaqı” ilə əlbir olması üzə çıxdı

Deputat Hacı Salayevin “Milyarderlər İttifaqı” ilə əlbir olması üzə çıxdı

Hakimiyyətə qarşı məkrli plan quran “Milyarderlər İttifaqı”nın Bakıdakı gizli əli de-şifrə olunub. İqtidarın devrilməsində fəallıq göstərən oliqarxlar birliyinə Azərbaycandan milyoner deputatın dəstək verdiyi iddia edilir.
 
Bu himayəçinin kimliyi aşkar edilərək barəsində məxfi araşdırmalar aparılıb. Yekunda həmin millət vəkilinin bu addımı bağışlanmayıb.
 
TİA.AZ-ın əldə etdiyi məlumata görə, 44 saylı Sumqayıt-Abşeron Seçki Dairəsindən mandat alan Hacı Salayevin “Milyarderlər İttifaqı”yardım etməsi üzə çıxıb.
Onun Rusiyada məşhur oliqarx, “AST” şirkətlər qrupunun rəhbəri Telman İsmayılovla qohumluq əlaqələri iqtidara qarşı birləşməklə, gizli şəkildə hamiliklə nəticələnib.
Hazırda yenidən namizəd olan və parlamentdə daha 5 il görünmək arzusu ilə seçkiyə qatılan H.Salayevin 2013-cü ildə anti-hökumət fəaliyyəti unudulmayıb.
Salayevin qızı AST Telmanın qardaşının övladı ilə evlidir. Belə ki, Hacı Salayevin oğlu Kənan Salayev milyarderin qardaşı qızı Arzu Mərdanova ilə ailə həyatı qurub. Telman İsmayılovla qohum olandan sonra Hacı Salayevin maliyyə imkanları daha da genişlənib və bitərəf deputat obyektlərinin sayını artırmağa başlayıb. Onun Türkiyədə də biznes qurması yayılan xəbərlər arasındadır.
AST Telman “Milyarderlər İttifaqı”na maliyyə dəstəyi verib. Bu layihənin Rusiya mətbəxində hazırlanması və Kremlin ideoloqlarının təzyiq rıçağı kimi seçkilərdə istifadə edilməsi danılmaz faktlardır.
H.Salayev isə həmin ərəfədə AST Telmana yaxınlaşaraq bu anti-Azərbaycan projesinə, dövlətçilik və milli maraqlara zidd plana dəstək olubmuş.
İddia olunur ki, deputation anti-Azərbaycan fəaliyyəti yuxarı dairələr tərəfindən qəzəblə qarşılanıb. Lakin millət vəkili bu layihədə iştirakı olmadığını inandırmaq üçün çırmanıb və əlindən gələni edib ki, itirilmiş etibarı bərpa etsin.
Mənbə qeyd edib ki, seçkilərdə yenidən namizəd olması Salayevə səhvlərini düzəltmək və sonuncu şansı kimi qiymətləndirilir.
Çünki onun biznes imperiyasını qorumaq naminə seçkilərdə qələbəsi lazımdır. Ancaq seçiciləri ona etimad göstərməkdən çox uzaqdırlar. Suqmayıtdan bir qrup seçici TİA.AZ-a yazıb ki, Hacı Salayevə seçkidə səs verməyəcəklər.
Seçicilər 5 il müddətində deputatın nə üzünü görüb, nə sorağını eşidib. Hacı Salayev 5 il müddətində parlamentdə də görünməyib. Bunu Azərbaycan mətbuatının parlamentdə çalışan nümayəndələri bildirib.
Bir müddət əvvəl modern.az saytının parlament jurnalistləri arasında keçirdiyi sorğu nəticəsində məlum olub ki, onlar Hacı Salayevə Milli Məclisdə rast olmayıblar. Hacı Salayev əgər parlamentin iclaslarında belə iştirak etmirsə, nəyə görə deputat olmağa çalışır?
Axı keçmiş MTN zabiti olan Hacı Salayev özünün böyük biznes sahələrini idarə etməyə güclə vaxt tapır, bəzən isə heç ona da vaxtı olmur?! Ona görə də bir sıra biznes sahələrini müxtəlif adamlara tapşırıb.
MM üzvü Konstitusiyanın tələblərini pozaraq özəl sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Millət vəkili “Lake Palace Hotel”i tikdirib. Onun oğlu Turqut Salayev isə 10-TT-010, 90-DD-010 nömrəli bahalı maşınları ilə şəhərdə meydan sulayır.
Millət vəkillərinin özəl sahibkarlıq fəaliyyəti ilə məşğul olması birmənalı şəkildə qadağandır. Millət vəkilinin biznesinə daxil olan müəssisələrdən biri də “Trust” Mühafizə Şirkətidir.
3 min nəfərdən çox əməkdaşı olan şirkət ölkədəki xeyli obyektin mühafizəsini təşkil edir. Bu obyektlər arasında banklar, istehsal müəssisələri, böyük satış mərkəzləri, əcnəbi şirkətlərin ölkəmizdəki nümayəndəlikləri və digər obyektləri var.
Verilən məlumata görə, deputatın biznesinin özəyini Yasamal rayonu ərazisində yerləşən və paytaxtın elit məkanlarından biri kimi tanınan “Lake Palace Hotel”i təşkil edir. Hoteldə qiymətlər dodaq uçuqladır. Bu səbəbdən obyektə daha çox xarici turistlər və yerli elitanın nümayəndələri gəlirlər.
“Lake Palace Hoteli”nin tikilməsinə və bəzədilməsinə milyonlar sərf edilib. Maraqlıdır, görəsən, Hacı müəllim bu qədər pulu necə və hansı yollarla əldə edib? Axı onun bir deputat olaraq bizneslə məşğul olması qadağandır?!

 

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın