Ana səhifə / Cəmiyyət / Deputat gənclərin ev problemini qabartdı

Deputat gənclərin ev problemini qabartdı

“Daha çox gəncin evlə təmin olunması barədə müəyyən tədbirlər haqqında ciddi düşünməliyik”.

Bu sözləri millət vəkili Ceyhun Məmmədov Bakupost.az -a açıqlamasında deyib.
O, gənclərin mənzil sahibi ola bilməsi ilə bağlı tədbirlərin az olduğunu düşünür:

“Bu problemin aradan qaldırılması üçün dövlət bir sıra mühüm addımlar atıb. Buna misal kimi gənclərə ipoteka kreditlərinin verilməsini göstərə bilərik. Mənzil İnşaatı Dövlət Agentliyi vasitəsilə də gənclərin evlə təmin olunması istiqamətində işlər görülür. Bunların hər biri dövlət siyasəti ilə aparılır. Amma əlavə tədbirlərə ehtiyac var.

Təəssüf ki, mənzil qiymətləri çox yüksəkdir. Bir sıra sahələrdə də maaşlar azdır. Bu da öz təsirini göstərir. Daha çox gəncin evlə təmin olunması barədə müəyyən tədbirlər haqqında ciddi düşünməliyik. Bu problem tək Azərbaycanda deyil, ümumiyyətlə, dünyada mövcuddur. Bütün hallarda gənclər çətinliklərə baxmayaraq ailə qurmalı, əhalinin sayı artmalıdır”.

Həmçinin oxuyun

Yaşı 65-dən yuxarı olan müəllimlərin NƏZƏRİNƏ

“Müəllimlərin sertifikatlaşdırılması gələcəkdə stimullaşdırmaya zəmin yaradır”. Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov …