Ana səhifə / Cəmiyyət / Deputat Etibar Əliyev Əvəz Zeynallını məhkəməyə verdi

Deputat Etibar Əliyev Əvəz Zeynallını məhkəməyə verdi

Millət vəkiki, təhsil eksperti Etibar Əliyev tanınmış jurnalist, Xural TV-nin rəhbəri Əvəz Zeynallını məhkəməyə verib.

Bu barədə məlumatı Ə.Zeynallı verib.
Jurnalist özünün feysbuk səhifəsində yazıb ki, məhkəmə prosesi bu gün – aprelin 25-də başlayacaq:

“Etibar Əliyev məni təhqir edib, cavabını alıb, sonra da verdiyim cavabdan xoşlanmayıb arxasının güclü olduğunu zənn edərək məhkəməyə verib. İddia ərizəsini hələ oxumamışam, vəkilin dediyinə görə, 11.000 manat da pul tələb edir. Başda Sahibə Qafarova olmaqla Milli Məclis, görünür, media ilə düşmənçilik xətti tutub. Cavanşir Feyziyevə bizi söydürdülər, indi də məhkəməyə verdirirlər. Mən Sahibə Qafarovanı və Mikayıl Cabbarovu tanıyıram. Etibar onların xəbəri və razılığı olmadan bir redaktoru məhkəməyə verə bilməz. Məhkəmədə hər şeyi daha ətraflı görəcəyik…

Əziz həssas və duyarlı həmkarlarım, ciddi media nümayəndələri, böyük Xural TV ailəsi, Sizi məhkəməyə dəvət edirəm. Biz etibarkimilərin cavabını bu gün verə bilməsək, onlar daha çox üstümüzə gələcəklər. Xural TV cəmiyyətin elə bir tribunasıdır ki, buraya etibarların çirkin iftiraları yapışmaz. Birlikdə cavabını verməliyik. Sizi məhkəməyə dəvət edirəm…
Məhkəmə 25 aprel 2022-ci ildə, saat 11.30-da Binəqədi rayon məhkəməsinin binasında keçiriləcək”.

Həmçinin oxuyun

Marketlərdə məhsulların qiyməti niyə yoxdur? — VİDEO

“Tezliklə təmin olunacaq”. Bəzi iri marketlərdə məhsulların qiymətinin yazılacağı yerə bu ifadə qeyd olunub. Bu …