Ana səhifə / Cəmiyyət / Deputat DGK-nın “tuman əməliyyatı“ndan danışdı

Deputat DGK-nın “tuman əməliyyatı“ndan danışdı

Milli Məclisin deputatı Vahid Əhmədov Dövlət Gömrük Komitəsinin vətəndaşın gömrük orqanına bəyan edilməyən brend geyim əşyalarının aşkar olunması ilə bağlı yaydığı məlumata görə tənqid edilməsinə münasibət bildirib.

O, məsələdən məlumatsız olduğunu deyib.

Deputat bildirib ki, ümumiyyətlə, vətəndaş külli miqdarda zinət əşyalarını ticarət məqsədilə gətiribsə, bəyannamə təqdim etməlidir:

“Ancaq öz şəxsi məqsədi üçün gətirirsə, heç bir bəyənnamə imzalamağa ehtiyac yoxdur. Adi əşyalar gətirilirsə, bildiyim qədərilə, belə halda gömrük orqanları yoxlamalar aparmırlar. Sadəcə olaraq, vətəndaşın gətirdiyi çamadanın, əşyaların içində narkotik və s. olub-olmadığına baxırlar. Vətəndaş hansısa əşya gətirib-aparırsa, burada elə bir ciddi problem olmamalıdır.

Həmin xəbəri oxumamışam, məlumatsızam. Ola bilər, həmin vətəndaş əşyalarını bəyan etməyi unudub. Bunu ictimaiyyətə sızdırmağın, paylaşmağın, məncə, əhəmiyyəti yoxdur. Heç buna ehtiyac da yoxdur. Çünki ölkəyə gələn istənilən insan ciddi bir əşya gətirirsə, onda bəyənnamə imzalayır.

Ola bilər, DGK xəbərdarlıq mənasında belə bir məlumat yayıb. İnanmıram ki, Dövlət Gömrük Komitəsi fikirləşməmiş belə bir məlumat yaysın. Bəlkə, bu, kütləvi hal alıb, ona görə də paylaşıblar”. Pravda

Həmçinin oxuyun

Övladını itirən aparıcı: “5 illik həsrətdən sonra…” – VİDEO

ARB telekanalının aparıcısı Aynur Bağırova azyaşlı qızı Sevginin vəfatından danışıb. Baku.ws bildirir ki, o “Xəbərin …