Ana səhifə / Cəmiyyət / Deputat: Bu məhdudiyyətlər qoyulmaqla toylara icazə verilə bilər

Deputat: Bu məhdudiyyətlər qoyulmaqla toylara icazə verilə bilər

Xəbər verdiyimiz kimi Azərbaycanda pandemiyaya görə karantin rejim iyulun 1-nə kimi uzadılıb. Son həftə gün ərzində koronavirusa yoluxanların sayı 350-dən çox olur. Məhz buna görə karantin rejimin yenidən uzadılacağı ehtimalını ortaya çıxarır. İnsanları narahat edən məsələ toylara edilən qadağanın uzadılmasıdır. Müəyyən məhdudiyyətlər qoyulmaqla toylara icazə verilə bilərmi?

Bununla bağlı sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, koronovirus pandemiyası başlanan andan ölkə ərazisində bütün kütləvi tədbirlər ləğv olundu: “O cümlədən toy şənlikləri. Təbii olaraq ölkədə minlərlə gənc pandemiyanın qurtarmasını və həyatlarının ən yadda qalan hadisəsi olan toy mərasimlərini səbrsizliklə gözləyirlər. Nə qədər ki, virusa qarşı vaksin tapılmayıb və yoluxma halları davam edir, məhdudiyyətlər aradan qaldırılmayacaq.

Düşünürəm ki, bu sahədə də mütəxəssislər tərəfindən karantin rejimi qaydalarının sərt şəkildə tətbiq edilməsi şərtilə əsasnamə hazırlana bilər. Məsələn; toyda iştirak edən qonaqların sayının 50-60 nəfərdən çox olmaması, qonaqlar arasında sosial məsafənin stol arxasında və rəqs meydançasında 1,5- 2 metrdən çox olması, qidanın hazırlanması və verilməsinə ixtisaslaşmış insanların cəlb olunması, toy şənliyinin müəyyən saat çərçivəsində başlanıb yekunlaşması, toyun keçirildiyi obyekt sahibindən yazılı şəkildə gigiyenik qaydalara riayət ediləcəyi, qonaqların koronovirusa yoluxmasının qarşısını alacağı barədə öhdəlik götürməli olduğu halda, icazə verilməsi doğru olardı.
Etiraf etməliyəm ki, gündən-günə virusa yoluxanların sayının artması, ümumiyyətlə yaxın vaxtlarda kütləvi toy şənliklərinin keçirilməsini mümkün etsin. Ona görə də, hesab edirəm ki, əvvəldən toy planlaşdıran gənclər, çox məhdud şəkildə ailə üzvləri ilə birlikdə evlilik planlarını həyata keçirsinlər. Xoşbəxtlik 500-600 nəfər adamı bir araya gətirərək, tam-təraqlı məclislər keçirməklə olmur. Xoşbəxtlik iki bir birini sevən gəncin harmonik həyat yaşamaqları ilə olur. Heç kim bilmir, koronovirus nə vaxt yox olacaq. Ona görə də, insan həyatının xoşbəxt olması üçün o qədər də əhəmiyyətli olmayan məsələlərə görə, həyatın qanunauyğunluqlarının əleyhinə getmək, ləngitmək olmaz”.  

Həmçinin oxuyun

Azərbaycanlı şirkət rəhbəri “McDonald’s”a görə xalqı təhqir edir – FOTO

“Buglance” şirkətinin təsisçisi və direktoru Toğrul Səməd (Səmədov) “McDonald’s”ı Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə dəstək …