Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Deputat Azər Kərimli kənddə görüş keçirdi – kənd sakinləri görüşə buraxılmadı – VİDEO

Deputat Azər Kərimli kənddə görüş keçirdi – kənd sakinləri görüşə buraxılmadı – VİDEO

Qaxda növbəti seçki biabırçılığı davam edir.

Qaxdan deputatlığa namizəd Azər Kərimli Oktyabrın 27-də Qaxın Zərnə kəndində görüş keçirib.

Özü ilə 10 maşın dövlət qulluqçuları və məktəb müəllimləri gətirən deputatlığa namizədin görüşünə kənd sakinləri buraxılmayıb.

Məktəbin akt zalında keçirilən görüş barədə kənd sakinləri xəbərsiz olublar və görüşə daxil olmaq istəsələr də, qapıda dayanan polis əməkdaşları və kənd icra nümayəndələri görüşün qapalı olduğunu bildiriblər. Mətbuatda isə Azər Kərimlinin Zərnə kəndində görüş keçirməsi barədə xəbər yayılıb.

Aşağıdakı videoya baxanda isə bu görüşün əslində necə keçdiyini təsəvvür etmək çətin deyil.

 

 

Həmçinin oxuyun

“Baboşlar efirə çıxarılır, kişi kişiylə evlənir, çünki…” – Rasim Balayev

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev  “TV Müsavat”-a müsahibə verib. AKİ sədri  ittifaq …

Bir cavab yazın