Çərşənbə , Oktyabr 23 2019
Ana səhifə / Cəmiyyət / Deputat Aqil Abbas: “Heydər Əliyev Allah tərəfindən Azərbaycana göndərilən bir elçidir”

Deputat Aqil Abbas: “Heydər Əliyev Allah tərəfindən Azərbaycana göndərilən bir elçidir”

“Heydər Əliyev də 1993-cü ildə Allah tərəfindən Azərbaycana göndərilən bir elçidir”. Bu sözləri millət vəkili Aqil Abbas Heydər Əliyevin 95 illiyinə həsr edilmiş tədbirdə deyib.

Millət vəkili bildirib ki, Heydər Əliyevin 95 illiyi ilə Cümhuriyyətin 100 illiyi üst-üstə düşür:

“Bu xalqımız üçün əsl bayramdır… 124 min peyğəmbərin olduğu deyilir. Quranda isə cəmi 30-40-nın adı var, digərləri bilinmir. Ancaq o da var ki, hər dövrdə Allah bir elçi göndərir. Onun adını Atatürk də qoya bilərsiniz, peyğəmbər də. Məhz Heydər Əliyev də Allah tərəfindən Azərbaycana göndərilən peyğəmbərdir”.

Həmçinin oxuyun

Azərbaycanda 64 yaşlı qadın əkiz uşaq dünyaya gətirdi

Bu gün Azərbaycanda 64 yaşlı qadınla 70 kişinin əkiz övladları dünyaya gəlib. Cütlük süni mayalanma …