Cümə , Fevral 26 2021
Ana səhifə / Cəmiyyət / Daxili Qoşunların zabiti xidmət etdiyi hərbi hissədə intihar etdi – FOTO

Daxili Qoşunların zabiti xidmət etdiyi hərbi hissədə intihar etdi – FOTO

Daxili İşlər Nazirliyinin Daxili Qoşunların zabiti xidmət etdiyi hərbi hissədə intihar edib.

DİN xüsusi təyinatlı dəstəsinin komandiri, 1989-cu il təvəllüdlü kapitan Məmmədov Alim Nazim oğlu yanvarın 30-da Quba rayonunda ürəyindən tapança ilə atəş açaraq özünü öldürüb.

Məlumata görə, A.Məmmədov evli olsa da, 10 ilə yaxındır ki, övladı olmurmuş. Yanvarın 28-də  ilk övladı dünyaya gəlib.

A. Məmmədovun cənazəsi bu gün Qubadan Sumqayıta gətirilərək dəfn edilib. 

Qeyd edək ki, XTD üzvü Alim Məmmədov Vətən Müharibəsində iştirak edərək qəhrəmancasına döyüşüb.  /Qafqazinfo

ŞOK HADİSƏ: Xüsusi təyinatlı zabit hərbi hissədə intihar etdi  - Foto

Həmçinin oxuyun

Zəfər muzeyinin ilk eksponatları – FOTOLAR

Mədəniyyət Nazirliyi tərəfindən Vətən Müharibəsi memorial kompleksi və Zəfər muzeyi fondunun təşkili üçün lazımi materialların …