Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Cəmiyyət / Daşaltı əməliyyatına aid ilginc sənədlər üzə çıxdı – FOTOLAR

Daşaltı əməliyyatına aid ilginc sənədlər üzə çıxdı – FOTOLAR

1992-ci il yanvarın 25-26-da cəmi 3 ay öncə müstəqillik qazanmış  gənc Azərbaycan dövlətinin yenicə formalaşdırılmasına cəhdlər edilən hərbi qüvvələrinin Şuşanın Daşaltı kəndi istiqamətində keçirdiyi əməliyyat uğursuzluqla nəticələnib. Üzərindən 26 il ötməsinə baxmayaraq həmin əməliyyatın bir sıra qaranlıq məqamlarına hələ də aydınlıq gətirilməyib… 
Moderator.az Daşaltı əməliyyatından az sonra – 1992-ci il fevralın 4-də həmin dövrdə Müdafiə Nazirliyinin məsul əməkdaşları olmuş polkovnik-leytenantlar  şəhid Milli Qəhrəman Şikar Şikarov və  İ. Abdullayev tərəfindən nədənsə rus dlində hazırlanmış  rəsmi arayışların surətini əldə etmişdir Hər iki sənədin tərcüməsini nəzərinizə çatdıraraq sözügedən əməliyyatla bağlı qeyd olunan xüsusların müzakirəsini əməliyyatın sağ qalan iştirakçı və şahidlərinin, eləcə də peşəkar hərbçi qazilərin və mütəxəssislərin ixtiyarına buraxıırıq:
Polkovnik-leytenant İ.Abdullayevin arayışı:
“Daşaltı” əməliyyatınn hazırlanması və keçirilməsi zamanı yol verilmiş xətalar haqqında
ARAYIŞ
25  yanvar 1992-ci ildə saat 20:00-da Azərbaycan Respublikası Müdafiə nazirinin və 18110 saylı hərbi hissənin 1-ci əlahiddə desant-hücum taboru komandirinin   rəhbərliyi ilə  1-ci taborun və xüsusi təyinatlı qrupun Daşaltı kəndinin azad edilməsi və oradakı erməni bandit qruplaşmalarının zərərsizləşdirilməsi məqsədi ilə kəndə yeridilməsinə başlanılıb. 1-ci taborun və xüsusi təyinatlı qrupun şəxsi heyəti 4 yarımqrupla hərəkət edib. Kənd ərazisinin kəşfiyyatını podpolkovnik Əhmədovun başçılıq etdiyi qrup həyata keçirib. Daşaltı kəndinə əsas qüvvələr Nəbilər kəndi istiqamətindən, əlavə qüvvələr isə Topxana istiqamətindən  daxil olmalı idi. “Qaladərəsi” yüksəkliyində yerləşən qüvvələr diqqət yayındırmaq məqsədi daşıyıb.
Müəyyən olunmuş vaxtda əməliyyat başlayıb. Döyüş  qızışıb.   Döyüş zamanı idarəetmə olmayıb. Döyüş 26 yanvar saat 20-dək davam edib. İtkilər aşağıdakı kimi olub: 16 nəfər yaralanıb, 3 nəfər həlak olub, 59 nəfər itkin düşüb.
Məlum olub ki, əməliyyat müvafiq qaydada hazırlanmayıb. Belə ki, əməliyyatın icra edilməsi planı olmayıb, erməni yaraqlılarının atəş nöqtələri vaxtında müəyyən edilməyib. Artilleriya hazırlığı 100 mm-lik topdan cəmi 4 atəşlə icra edilib. Və nəticədə düşmənin atəş nöqtələri susdurulmayıb.  Baş leytenant Əliyev Hidayət Məcid oğlunun komandirliyi il 1-ci əlahiddə desant-hücum briqadasının(h/h18110)  2-ci tağımının 4-cü bölümü “Ura” səsləri ilə hücuma qaldırılıb. Halbuki həmin bölüm erməni yaraqlılarının  geri çəkiləcək qüvvələrini məhv etmək üçün pusquda durmalı idi.
Texnika əməliyyat üçün hazırlanmayıb və demək olar ki, döyüşdə iştirak etməyib.
1-ci əlahiddə desant-hücum briqadasının 1-ci tağımının  şəxsi heyəti Şuşa şəhərinin girişində, topun qoyulduğu yerdə saxlanılaraq döyüşə yollanılıb. Yuxarıda sadalanan səhvlər əmr və sərəncamların yoxluğu ucbatından baş verib. Bundan əlavə, ayrı-ayrı qruplar daxilində əməliyyatda iştirak edən şəxsi heyətin siyahısı tərtib edilməyib.
Şəxsi heyət, silah və hərbi texnikanın qeydiyyatı aparılmayıb. Əməliyyat şəraiti kəşfiyyat məlumatları əsasında dəyərləndirilməyib. Kəşfiyyat məlumatları isə əldə edilməyib.
4 fevral 1992-ci il.
İmza: Podpolkovnik Abdullayev İ.”
İkinci arayış o dövrdə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin müavini olmuş  şəhid Milli Qəhrəman, polkovnik-leytenant Şikar Şikarov tərəfindən hazırlanıb:
“ARAYIŞ
Məruzə edirəm ki, Daşaltı kəndinin tutulması əməliyyatının iştirakçıları və şahidləri ilə şəxsi söhbətlərin nəticəsində müəyyən olundu:
1. Düşmən qüvvələrinin və ərazinin kəşfiyyatı dərindən aparılmayıb. Düşmənin ehtiyat qüvvələrinin bilavasitə yeri, onların döyüş yerinə gələn yolları və mümkün hərəkət üsulları müəyyən olunmayıb.
2. Əməliyyatda iştirak edən qüvvə və vasitələrin tam hesablanması aparılmayıb.
3. Əməliyyatda   hər iki tərəfdən  iştirak  edən qüvvə və vasitələrin nisbəti  nəzərə alınmayıb.
4. Top və zirehli texnika kifayət qədər olmayıb. Texnika və silahlar döyüş əməliyyatları üçün hazırlanmayıb.
5. Hücum əməliyyatı keçirilməsinin əsasları pozulub; şəxsi heyət öncə artilleriya hazırlığı aparılmadan hücuma keçib.
6. Döyüş  zamanı kəşfiyyat aparılmyıb.
7. Döyüş bölmələri arasında idarəetmə olmayıb.
8. Yerli əhali arasından seçilmiş bələdçilər ərazini hərbi nöqteyi- nəzərdən zəif tanıyıblar.
9. Ehtiyat qüvvəsi üçün müəyyən qüvvə və vasitələr ayrılmayıb.
10. Əməliyyat planı, döyüş əmrləri və sərəncamları sənədləşdirilməyib.
Fevral 1992-ci il. Imza: polkovnik- leytenant Şikar Şikarov”.

Həmçinin oxuyun

Məktəblər ikinci yarımilin əvvəlində açılacaqmı? – AÇIQLAMA

Bu gün təhsil prosesində təmsil olunan hər kəsi məktəblərdə və universitetlərdə ənənəvi təhsil formasının sərt …