Cümə axşamı , İyul 7 2022
Ana səhifə / Cəmiyyət / “Danışanı tutub 15 il həbs verirlər“ – Kamran Həsənli

“Danışanı tutub 15 il həbs verirlər“ – Kamran Həsənli

“Təbii ki, rusların canında şovinizm var. Çünki onlar imperiya xalqıdır, ömür boyu imperiya olub, işğalla məşğul olublar…”

Bu sözləri Yenisabah.az-a tanınmış teleaparıcı, şoumen Kamran Həsənli deyib. Rusiya-Ukrayna arasında gedən müharibədən danışan aparıcı rusların hər zaman işğalçılıq etdiyini bildirib:

“Sovet dövründə də, ondan əvvəl də bu belə idi. Azərbaycanın bütün xanlıqlarını onlar işğal ediblər. Bakı, Gəncə, İrəvan xanlıqları hamısı bir-bir işğal olunub. İndi Ukraynada gördüyünüz şərəfsizliklər, vəhşiliklər o vaxt bizim torpaqlarımızda da yaşanıb. Sadəcə həmin vaxt internet olmayıb və onlar öz imperiyalarını qurduqdan sonra bütün tarixi pozublar. Onlar hamısı Azərbaycanda baş verib. Ruslar İrəvanda da, Gəncədə də, Bakıda da eyni hərəkətləri ediblər. Bunu edənlər Rusiyanın imperiya düşüncəli insanlarıdır. O ki, qaldı Rusiyaya tətbiq edilən sanksiyalara, sanksiyalar işləyir, vəziyyət çox pisdir. Rusiyaya tətbiq edilən sanksiyaların sayı tarixdə heç kimə qarşı olmamışdı. Yəqin ki, yay ayında – iyul ayının axırında, avqustda Rusiyada çox böyük çətinliklər olacaq”.

O, Rusiyada keçirilən sorğuda əhalinin 80 faizinin Putini və onun siyasətini dəstəkləməsinə inanmadığını deyib. Onun sözlərinə görə, keçirilən sorğu tamamilə saxtadır:

“Mən güman etmirəm ki, 80 faiz əhali Putinin tərəfindədir. Gördüyünüz kimi, Rusiyanın ən məşhur politoloqları, jurnalistləri, sənət adamları öz sözlərini deyirlər. Dünən DDT rok qrupunun solisti Yuri Şevçukun Ufadakı konsertində öz sözünü dedi. Soruşa bilərsiniz ki, bəs niyə 80 faiz ortaya çıxır? Ona görə ki, orada tamamilə diktaturadır. Danışanı tuturlar. Hətta “Facebook”da yaxud internetdə balaca bir bloq yazsan gəlib səni həbs edirlər. Özü də insanlara 10-15 illik həbs cəzası verirlər. Çox ağır vəziyyətdir. Ona görə də sorğuya cavab verən insanlar Putinin əleyhinə danışmırlar. Sovet dönəmində küçədə sorğu aparılaraq “Siz kommunist partiyasının əleyhinəsinizmi?” deyə sual verilsəydi, hər kəs ürəyində “əleyhinəyəm” deyib, dildə deyəcəkdi ki, dəstəkləyirik, onun işıqlı gələcəyinə inanırıq. Çünki belə deməsəydin səni ən yaxşı halda 15 il həbs, ən pis halda güllələnmə gözləyirdi. Ona görə də Rusiyada keçirilən heç bir sorğunun cavabına inanmaq olmaz, yalandır. Amma Putinin tərəfində olanlar da az deyil. Onlar daha çox dağıstanlılar, udmutlardır. Müharibə ölənlər daha çox Sibir xalqlarıdır. Çünki onlar ömür boyu əzilib, qul halında olublar. Ona görə də təbliğata daha tez uyur, qorxularından gedib müharibə qoşulurlar”.  

Həmçinin oxuyun

Nazim İbrahimovun bir qardaşının da adı fırıldaqçılıqda hallanır – Bir evi bir neçə şəxsə satıb? – VİDEO

Paytaxtda intihara cəhdin qarşısı alınıb. “Unikal” xəbər verir ki, bir xanımın özünü tikilməkdə olan binanın üstündən …