Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / DAK funksionerindən Əjdər Tağızadəyə ağır sözlər: “Sirkə nə qədər tünd olarsa, öz qabını çartladar”

DAK funksionerindən Əjdər Tağızadəyə ağır sözlər: “Sirkə nə qədər tünd olarsa, öz qabını çartladar”

DAK-ın 13-cu Istanbul Qurultayi birlik əhval ruhiyəsi ilə kecirilmişdir. Qurultayda kifayət qədər çıxışlar edilib və müzakirələr aparılıb. Türkiyənin 20-yə yaxın telekanalı Qurultaydan reportajlar hazirladı. Təüssuflər olsun ki, əvvəllər DAK-ı milli bir təşkilat hesab edən, dünya azərbaycanlılarının ümid yeri olduğunu bildirən Ejdər Tagızadə indi bu teşkilata qarşı iftiralar yağdırır. Onun məntiqindən bele çıxır ki, ayrilibsa deməli DAK-da artıq yoxdur. Bakıda ifadə etdiyi fikirlərini niyə qurultayda söyləmirdi? Orada kim idi onun agzını tutan. Egər təşkilatda az da olsa xidmeti olsaydi, bu gün belə qarayaxma ve böhtan kompaniyası aparmazdı. Bu kampaniyanın “bişirildiyi” mətbəx bizə məlumdur.

Bu günə qədər apardıqları anti – milli fəaliyyətlərinin nəticəsi olmadigi kimi, indi də onlara ancaq təəssüflənmək qalacaq. Qurultayda əsl şounu Ejdər Tagizadənin özü düzənləmək istəyirdi. Öten qurultaylarda oldugu kimi indi bu niyyəti alınmadığına görə, Bakıda şou düzəltmək istəyinə düşüb. Deyir ki, Sabir Rustəmxanlının yaninda bir nəfər Güneyli var, qalanlari Quzeylidi. Ejdər yaxşi bilir ki, güneyliler ondan narazıdırlar. Və bu narazılığın kökündə Ejdərin Güney adi ile “xalturası” durur. Digər tərəfdən isə, DAK təkcə Güneyin problemləri ilə məşğul olan təşkilat deyil. Xalqımızın bütün problemlərini gündəmə gətirən ve eyni zamanda , Guney Azərbaycandakı soydaşlarımızın milli haqlarıniı müdafiəsi DAK-in fəalliyyət prinsiplərindəndir. DAK inqilab təşkilatı deyil.

Güney Azərbaycanın istiqlalı uğrunda mübarizə aparan qurumlar var. Bu işlə onlar məşğul olur. DAK isə bir diaspor təşkilatıdır.Biz özümüzü partizan kimi apara bilmərik. Egər Ejdər Tagizadə partizan olmaq istəyirsə, Iran rejimini dagitmaq istəyirsə buyursun. Hec kim onun qarşısını kəsməyib. Men türkəm deməklə Iran rejimi dağılmır.90-cı illərin eforiyasindan azad olmayan Tagızadə quzeyliləri Guneydəki prosesləri bilməməkdə günahlandırır. Buyurun, Ejdər Tağızadənin video cıxışlarını izleyin. Bu 20 ildə yeni hec bir şey deməyib.Təkcə son üç ildə DAK Azərbaycanın milli məsələləri ile bağlı, Guneydəki durumla baglı xeyli sayda konfranslar, aksiyalar keçirib, bəyanatlar qebul edib. Indi gözümüzün içine baxa-baxa sual edərək, Güneylə baglı hansı tədbir keçirmisiniz deyir. Bunu demək ən azından ayıbdır.
Yaxşı olar ki, Əjdər Tağızadə DAK-da keçirdiyi öz fəaliyyətilə bağlı hesabat versin. Özünü milli adam sayırsa, dağıdıcı missiyadan əl çəksin. Unutmasın ki, “Sirkə nə qədər tünd olarsa, öz qabını çartladar”

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın