Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / DAK Azərbaycan Nümayəndəliyi ittihamlara cavab verdi

DAK Azərbaycan Nümayəndəliyi ittihamlara cavab verdi

DAK Azərbaycan Nümayəndəliyi Əjdər Tağzadənin sərt ittihamlarına analoji üslubda cavab verib. Azinforum.az olaraq, qarşı tərəfin də cavab haqqını tanımaq şərtilə həmin bəyanatı olduğu kimi təqdim edirik.
“Dünya Azərbaycanlıları Konqresinə (DAK) və onun rəhbərliyinə qarşı Tağzadə Əjdər tərəfindən aparılan şər və böhtan kompaniyası təəssüflər olsun ki, artıq təhqirə keçmişdir. Mətbuatda bu şəxs tərəfindən DAK rəhbərliyi və Azərbaycan nümayəndəliyi, təşkilatın 17 illik tarixi dövründə heç bir zaman qarşılaşmadığı təhqir və böhtana məruz qalmışdır. Keçmiş DAK İdarə Heyətinin üzvü Tağzadə Əjdərin son çirkin açıqlamalarına cavab olaraq bunları bildiririk:
DAK həmsədr millət vəkili Sabir Rüstəmxanlı , DAK həmsədirlərinin müşaviri Tənzilə Rüstəmxanlı və DAK Azərbaycan nümayəndəliyinin rəhbəri İsmayıl Ağayevə qarşı böhtan və təhqir dolu müsahibəni şiddətlə qınayır, Tağzadənin hətta insanlıqdan nəsibini almamış bir şəxs olduğunu bəyan edirik. Verdiyi müsahibədə bütün milli maraq və dəyərlərimizi, DAK – ın Bütöv Azərbaycan uğrunda apardığı mübarizəsini tapdalayaraq İran rejimindən daha pis mövqe sərgiləmişdir. Bu, azmış kimi heç bir əxlaq dərəcəsinə sığmayan öz kişilik şərəfini heçə sayaraq mənəviyyatdan kənar açıqlamalar vermişdir.

Əjdərin son sərsəmləməsi nəinki onun Güney Azərbaycan üzərindən bugünə qədər apardığı ” xaltura” siyasətinin sonunu, eyni zamanda mənəvi kasadlığını və şəxsiyyət olma problemini aydınlığı ilə ortaya qoymuşdur.

DAK həmsədri Sabir Rüstəmxanlının, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə xanım Rüstəmxanlının, DAK Azərbaycan nümayəndəliyinin rəhbəri eyni zamanda BDM sədri İsmayıl Ağayevin Azərbaycan Respublikası və millətimiz qarşısındakı xidmətləri bütün ictimaiyyətimizə bəllidir və bu yolda aparılan mübarizənin qarşısını heç bir böhtan və təhqir ala bilməyəcəkdir. Bütün bunları qeyd edərək DAK Azərbaycan nümayəndəliyi olaraq ictimaiyyətimizi Tağzadənin əməllərini qınamağa çağırırıq”.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın