Ana səhifə / Cəmiyyət / Daha bir məktəb qalmaqalı: Qaradağda müəllim 12 yaşlı şagirdi döyüb ağır xəsarət yetirdi

Daha bir məktəb qalmaqalı: Qaradağda müəllim 12 yaşlı şagirdi döyüb ağır xəsarət yetirdi

Bakının Qaradağ rayonu,  Qobustan qəsəbəsində 321 nömrəli məktəbdə müəllim şagirdi döyüb. 

Virtualaz.org xəbər verir ki, xəsarət alan uşaq təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib. Şagirdə kəllə-beyin travması diaqnozu qoyulub. Məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov təsdiqləyib.

Faktla bağlı araşdırma aparılır.

Müəllim tərəfindən döyülən uşağın  adı Hüseynov Aqşindir, 12 yaşı var, 7-ci sinifdə oxuyur. Onu döyüb ağır xəsarət yetirən müəllimin adı hələlik məlum deyil. 321 saylı məktəbdən telefon zənglərimizə cavab vermirlər.

Həmçinin oxuyun

Cırtdan Tədris və İnkişaf Mərkəzindən maraqlı layihə – FOTO

Cırtdan Tədris və İnkişaf Mərkəzinin Xırdalan şəhəri və Abşeron Gənclər Şəhərciyində yerləşən filialında tədris keçən …