Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Cəmiyyət / “Gündəlik-Bakı”-nın baş redaktoru həbs edildi

“Gündəlik-Bakı”-nın baş redaktoru həbs edildi

“Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyev həbs olunub.

Hüquq-mühafizə orqanları əməkdaşlarının xüsusi əməliyyatları nəticəsində Azərbaycan mətbuatının adına qara ləkə olan “baş redaktor” vətəndaşları və məmurları şantaj etməkdə təqsirləndirilir.

Xatırladaq ki, keçmiş MTN-nlə əlbir olub rekertçiliklə məşğul olan mətbuat orqanları arasında “Gündəlik Bakı” qəzetinin də adı hallanırdı. “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin adı birbaşa MTN-nin tapşırıqlarını yerinə yetirməkdə, müxtəlif məmur və sahibkarları şantaj edərək qorxutmaqda hallanırdı. Qeyd olunurdu ki, əvvəlcə Habil Vəliyev özü tərəfindən külli miqdarda rüşfət alınır, sonra isə keçmiş MTN- nə “təhvil” verilirmiş. Məhz buna görə də dəfələrlə Habil Vəliyev barədə şikayətlr edilsə də sonda “dəmir əl” o vasitəsilə qalib gəlmişdi. (Moderator.az)

Həmçinin oxuyun

İşğaldan azad olunmuş ərazilərdə sərhəd zastavalarından Reportaj (FOTO/VİDEO)

İşğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonları ərazisində Soltanlı, Xələfli, Qumlaq və Xudafərin sərhəd zastavaları …

Bir cavab yazın