Bazar ertəsi , Yanvar 30 2023
Ana səhifə / Cəmiyyət / Daha bir avtobus xətti “BakuBus”a verildi

Daha bir avtobus xətti “BakuBus”a verildi

“Fidan” MMC-nin istismarında olan 130 nömrəli (Lökbatan-Bakı Beynəlxalq Avtovağzalı) müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə həvalə edilib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, müntəzəm marşrut xətlərinin istismara verilməsi ilə bağlı cari ilin oktyabrında keçirilən müsabiqənin nəticələrinə əsasən “BakuBus” MMC qalib olub. 12.12.2022-ci il tarixindən bu xətt üzrə 12 metrlik sərnişindaşıma tələblərinə tam cavab verən avtobuslar fəaliyyət göstərəcək.

Bununla yanaşı sərnişinlərin Lökbatan qəsəbəsi “20 Yanvar” dairəsi istiqamətində birbaşa marşrut xətti ilə gediş-gəlişini təmin etmək üçün 130 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi də dəyişdirilib. Bu xətt üzrə avtobusların son dayanacaq məntəqəsi Bakı Beynəlxalq Avtovağzalından “20 Yanvar” dairəsinə dəyişdirilib. Bu dəyişikliklə Xocahəsən qəsəbəsi sakinlərinin də ictimai nəqliyyata əlçatanlığı yaxşılaşdırılacaq.

12.12.2022-ci il tarixindən Lökbatan-“28 May” metro stansiyası istiqamətində fəaliyyət göstərən 125 nömrəli müntəzəm marşrut xəttinin hərəkət sxemi də dəyişdiriləcək. Yeni sxemə əsasən 125 nömrəli marşrut xətti üzrə avtobusların Lökbatan qəsəbəsi istiqamətində hərəkəti “20-ci Sahə” dairəsinə daxil olmadan təşkil ediləcək. Məqsəd, marşrut xəttindən mütəmadi istifadə edən sərnişinlərin rahatlığını təmin etməkdir. Dəyişiklik sayəsində şəhər mərkəzindən Bayıl-Bibiheybət, Şıxov və Lökbatan yaşayış sahəsi istiqamətində ictimai nəqliyyatla səyahət müddəti əhəmiyyətli dərəcədə azalacaq.

Həmçinin oxuyun

“Şahin, mən gəlmişəm, bəs, sən özün hardasan?” – Şəhid xanımı

Bu gün şəhid, Vətən Müharibəsi Qəhrəmanı Şahin Hüseynbala oğlu Allahyarovun ad günüdür. 29 yanvar 1993-cü …