Çərşənbə , Aprel 21 2021
Ana səhifə / Cəmiyyət / Daha beş nəfər dəm qazından zəhərləndi

Daha beş nəfər dəm qazından zəhərləndi

Ağstafada dəm qazından zəhərlənənlərin adları məlum olub. Hadisə rayonun Aşağı Kəsəmən kəndində baş verib. Biri azyaşlı olmaqla, bir ailənin 4 üzvü yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin ağır olduğu bidirilir.

Məlumata görə, dəm qazından 1967-ci il təvəllüdlü Məmmədova İradə Paşa   qızı, 1988-ci il təvəllüdlü Məmmədov Rəşad   İbrahim  oğlu, 1984-cü il təvəllüdlü Məhərrəmova İlhamə Məhər qızı  və 1989-cu il təvəllüdlü  Məmmədov Emil İbrahim oğlu zəhərlənib.

Evdə olan azyaşlı – 2010-cu il təvəllüdlü Məmmədov İbrahim Rəşad oğlunda isə yüngül zəhərlənmənin əlamətləri olub.

Həmçinin oxuyun

Peyvənd olunmayanları cəza gözləyir? – Açıqlama

“Vaksinasiya insanların könüllü və şüurlu şəkildə, öz sağlamlığına münasibətini göstərən tibbi addımlardan biridir. Vaksinasiyanı hansısa …