Çərşənbə axşamı , İyun 15 2021
Ana səhifə / Cəmiyyət / Daha 4 Vətən müharibəsi iştirakçısı vəzifəyə təyin olundu

Daha 4 Vətən müharibəsi iştirakçısı vəzifəyə təyin olundu

Masallıda 4 Vətən müharibəsi iştirakçısı yeni vəzifələrə təyin olunub.

Həbib Həbibov Masallı Rayon İcra Hakimiyyəti başçsının Banbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Şahmar Əkbərov Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi, Samir Həsənzadə Sərçuvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi və Aqşin Şahin oğlu Quliyev Masallı rayon Heydər Əliyev Mərkəzində elmi işçi vəzifələrinə təyin olunublar.

Qeyd edək ki, H.Həbibov Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə  “Qüsursuz xidmətlərə görə” III dərəcəli, “Qüsursuz xidmətlərə görə” II dərəcəli, “Qüsursuz xidmətlərə görə” I dərəcəli və “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalları ilə, Ş.Əkbərov “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunublar.

Həmçinin oxuyun

Üçüncü variant yoxdur…

Çox da varlı olmayan ailəmiz dolanışığını birtəhər təmin edirdi. İdarədə axşamacan çalışan atamın maaşı qəpik-quruş …