Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Cəmiyyət / Dağıstan Azərbaycanda Rusiya vətəndaşlarının yaşadığı kəndlərin köçürülməsinə pul ayıracaq

Dağıstan Azərbaycanda Rusiya vətəndaşlarının yaşadığı kəndlərin köçürülməsinə pul ayıracaq

Dağıstan rəhbərliyi 2018-ci ildə Azərbaycan ərazisində yerləşən, lakin Rusiya vətəndaşlarının məskunlaşdığı Uryan-Uba və Xrax-Uba kəndlərindən sakinlərin Dağıstana köçürülməsi üçün 210 milyon rubl ayıracaq.

Trend-in məlumatına görə, bu barədə Dağıstanın İqtisadiyyat və Ərazi İnkişafı Nazirliyi bildirib.

Məlumatda qeyd olunur ki, bu kəndlərin sakinlərinin Azərbaycandan Dağıstan ərazisinə köçürülməsi məsələsinin bu il tam həll olunması planlaşdırılır.

2017-ci ildə Uryan-Uba və Xrax-Uba kəndlərinin 380-ə yaxın sakini yaşayış sahəsinin alınması üçün birdəfəlik ödəniş müqabilində köçməyə razı olduqlarını bildirmişdi.

Qeyd edək ki, 2010-cu ildə Rusiya və Azərbaycan dövlət sərhədi haqqında müqavilə imzalamışdılar. Bu müqavilədə ərazilərin mənsubiyyəti ilə bağlı bütün məsələlər tərəflər arasında razılaşdırılmışdı. 2013-cü ilin avqustunda Rusiya prezidenti Vladimir Putin Azərbaycan ərazisində yaşayan Rusiya vətəndaşlarının köçürülməsi ilə bağlı tapşırıq vermişdi.

Həmçinin oxuyun

Oqtay Əsədovun Sulutəpədəki villası – FOTOLAR

Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun Bakının Sulutəpə qəsəbəsindəki villası ilə bağlı yeni məlumatlar yayılıb. …