Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Cəmiyyət / DƏRSLİK SOYQIRIMI: ELMİ EHTİYAC YOXSA MADDİ MARAQ?

DƏRSLİK SOYQIRIMI: ELMİ EHTİYAC YOXSA MADDİ MARAQ?

Kitab bilik mənbəyidir. Mənim də kitaba verdiyim tərif belədir: kitab beyindənkənar yaddaşdır. Kitablar həm də ən əsası milli sərvətimizdir. Deməli onları qorumalıyıq. Bu sərvətin əhəmiyyətli və daha çox istifadə olunan hissəsi isə dərsliklərdir. Onlarla isə ikiqat ehtiyatlı davranmalıyıq. Belə davranırıqmı?

Xeyir. Belə davransaydıq lazım oldu-olmadı dərslikləri tez-tez dəyişməzdik. Dərslikləri tez-tez dəyişdirmək bu fonda, deməli yaddaşımıza vurulan ən böyük zərbədir. Keçən il 8-ci sinif riyaziyyat dərsliyini dəyişdirdilər. İçərisindəki mövzuları rotasiya edib, yenisini çap etdilər. Bununla indiyə qədər mövcud olan on minlərlə kitabı kağız parçasına çevirdilər. Bunu əvvəlkində hansısa səhvlər, mövzuların ardıcıllığında problem var idi deməklə əsaslandırmağa çalışmaq doğru yanaşma deyil. Hər bir addımı atanda ziyanla faydanın müqayisəsi aparılmalıdır. Nəzərə almaq lazımdır ki, kitab çapı üzərindən qazanılan bir milyon şəxsi fayda dövlətə və cəmiyyətə on milyonlarla ziyan hesabına başa gəlir. Mən demirəm dərsliklər dəyişdirilməsin, deyirəm tez-tez, nahaqdan, heç bir ciddi zərurət olmadan dəyişdirilməsin. İndi də yenidən bir neçə dərsliyin dəyişdirilməsi anonsunu veriblər. Dəyişdirmələri (pul qazanmalarını) əsaslandırmaq üçün dərsliklərdə xırda səhvlər axtarırlar. Dərslik əsas kapitaldır. Onu belə ucuz məhv etmək olmaz.Dərslik çapı ilə məşğul olanlar! Maddi marağınız naminə yaddaşımızı korlamayın, millətin sərvətini aşındırmayın, amanın günüdür.

Firdovsi Şahbazov, iqtisad üzrə fəlsəfə doktoru

Həmçinin oxuyun

General-mayor Emin Şəkinski vəfat etdi

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski vəfat edib. Trend-in …