Bazar , Noyabr 29 2020
Ana səhifə / Cəmiyyət / Dərslik problemi necə həll edilə bilər – ŞƏRH

Dərslik problemi necə həll edilə bilər – ŞƏRH

“Azərbaycanda dərslik yazmaq ənənəsi hələ formalaşmayıb”.

Bunu Sputnik Azərbaycan Multimediya Mətbuat Mərkəzində keçirilən tədbirdə təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert bildirib ki, dərsliklərin hazırlanması üçün müəyyən edilmiş standartlar normaldır, ancaq bu standartları reallaşdıracaq mütəxəssis problemimiz var: “Dərsliyi kimin, harada, nə qədər vaxt ərzində yazması müzakirə predmeti olmalıdır. Qaydaların dəyişməsinə baxmayaraq, keyfiyyət artımına nail olmaq mümkün olmayacaq. Azərbaycan təhsilində həll olunmalı problemləri sıralasaq, birinci yerdə dərslik məsələsi dayanacaq. Bu gün dərsliklər şagirdlərin şəxsiyyət yönlü inkifına deyil, qəbul imtahanlarında yüksək bal toplamasına hesablanaraq hazırlanır. Düşünürəm ki, ölkədə dərslik mərkəzi yaradılmalıdır”.

Qeyd edək ki, Nazirlər Kabineti “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması qaydası”nı təsdiq edib.

Həmçinin oxuyun

“Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi – Video

Bu gün Azərbaycandakı diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri ilə erməni silahlı qüvvələrinin işğalından …