Bazar ertəsi , İyul 6 2020
Ana səhifə / Cəmiyyət / Dənizdə dalğanın hündürlüyü 6,3 metrə çatıb

Dənizdə dalğanın hündürlüyü 6,3 metrə çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi saat 21:00-a olan faktiki hava şəraiti haqqında məlumatı açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, şimal-qərb küləyi Bakıda arabir 40m/s, Maştağada və Nefçalada 38 m/s, Sumqayıtda 34 m/s, Naftalanda 32 m/s, Qum adasında 30 m/s, Pirallahıda və Ələtdə 28 m/s, Çilovda, Bərdədə və Tərtərdə 27 m/s, Salyanda, Neft Daşlarında, Balakəndə 25 m/s, Gəncədə 24 m/s, Binədə 23 m/s, Ağdamda 22 m/s, Bayıl yamacında, Zabratda 21 m/s, Nabranda, Zaqatalada, Tovuzda, Mingəçevirdə, Ağstafada 20 m/s, Yevlaxda, Ceyrançöldə, Şəkidə 18 m/s, Yevlaxda 15 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 6,3 metrə çatıb. Quba, Qusar, Qırız, Şahdağ, Lənkəran, Lerik, Xınalıq, Astara və Yardımlıda yağış yağıb.

Həmçinin oxuyun

Eldar Əzizov: “Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları arasında COVİD-19-a yoluxan yoxdur”

Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları arasında COVİD-19 testi pozitiv çıxmış şəxs yoxdur. Bunu Baki Şəhər …