Bazar ertəsi , Mart 8 2021
Ana səhifə / Cəmiyyət / Dələduzlar kart məlumatlarını ələ keçirir – XƏBƏRDARLIQ

Dələduzlar kart məlumatlarını ələ keçirir – XƏBƏRDARLIQ

Dələduzlar bank kartlarının məlumatlarını ələ keçirmək məqsədilə bankların logo və adından istifadə edərək oxşar saytlar yaradırlar.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən verilən məlumata görə, onlayn ödənişlər həyata keçirdikdə istifadəçilər daxil olduqları saytın rəsmi sayt olduğuna diqqət yetirməlidirlər.Aşkar olunan saxta saytlardan biri nümunə olaraq kapitalaze.com saytını qeyd etmək olar.

Mərkəz kart məlumatlarının oğurlanmasının qarşısını almaq üçün bir neçə məqamlara diqqət yetirməyi tövsiyə edir. İlk növbədə heç bir halda kartın arxa tərəfində qeyd olunan CVV kodu kənar şəxslərə bildirilməməlidir. Belə ki, bu məlumat heç bank ışçisi tərəfindən soruşulmur.

CVV kod ancaq onlayn ödəniş etmək və ya balansdan başqa karta pul göndərmək üçün istifadə olunur. İstifadəçinin kartına pul göndərilirsə, bu halda göndərən tərəfə pulu qəbul edənin CVV kodu tələb olunmur.

Həmçinin telefona gələn 4 rəqəmli OTP kod kənar şəxslərə bildirilməməlidir. OTP kod göndərilən sms-də xərcin təyinatı və xərclənəcək məbləğ barədə məlumat olur. Bu məlumatlara diqqət yetirməlidir.

Həmçinin oxuyun

Yeni direktor Yaqub Mahmudovun otağını konfrans zalına çevirdi

AMEA Tarix institutunda həyata keçirilən ümumi islahatların tərkib hissəsi kimi institutun mövcud mülkiyyətindən səmərəli istifadə …