Ana səhifə / Cəmiyyət / “Dəfnlə bağlı məsələləri Əli Əsədova dedim, razılıq verdi” – Şeyxülislam

“Dəfnlə bağlı məsələləri Əli Əsədova dedim, razılıq verdi” – Şeyxülislam

Bu gün tək koronavirusdan deyil, başqa səbəblərdən də ölənlər var. Qafqaz Müsəlmanları İdarəsi, dindarlarımız hər zaman olduğu kimi, bu gün də insanların yanındadır.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə “Real TV”yə müsahibəsində eyib.

Onun sözlərinə görə, din xadimləri xüsusi yerlərdə, məsələn, “Təzə pir”, “Əjdər bəy” məscidindədir və növbətçiliklə işləyirlər.

“İnsanlarımız düşünməsin ki, kimisə öləndə nə olacaq. Biz xüsusi rejimdə işimizi sistemləşdirə bilmirik ki, dəfnlə bağlı icazə alaq və ona nə vaxt icazə veriləcək. Din adamları və ölən şəxsin dəfni ilə bağlı işləri həyata keçirən şəxslərin sərbəst hərəkəti üçün dünən Baş Nazir Əli Əsədovla telefonla danışdım. Ona bəzi məsələri dedim və o da razılıq verdi. Tək müsəlmanları deyil, bu gün xristian və yəhudi icmaları ilə də danışmışam. Dəfn üçün yerlərdə xüsusi adamlar var ki, gecə və gündüz növbəli işləyirlər”.

A.Paşazadə bildirib ki, dəfn işi ilə məşğul olan şəxslərin sərbəst hərəkəti üçün başqa dinlərlə birlikdə xüsusi siyahı hazırlanacaq və Operativ Qərargaha göndəriləcək.

“Siyahı yəqin ki,Daxili İşlər Nazirliyinə göndəriləcək və xüsusi icazə veriləcək. Bunun başqa yolu yoxdur. Çünki bu elə yerdir ki, planlaşdırma yoxdur. Ölüm günün istənilən saatında ola bilər. İnsanlarımız narahat olmasın və hər bir şərait var”. Azvision.az

Həmçinin oxuyun

Elmar Məmmədyarovun 95 yaşlı atası 51 ildir bu vəzifədə işləyir — FOTOFAKT

Xəbər verdiyimiz kimi, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun oğlu Emin Məmmədyarovun adına ABŞ-ın Nyu-York …