Şənbə , Fevral 4 2023
Ana səhifə / Cəmiyyət / “Çox içirdim, az qala həyatla vidalaşım”

“Çox içirdim, az qala həyatla vidalaşım”

“Çox içən olmuşam. Peşə məktəbində oxuyurdum, yataqxanada qalırdım. Elə də pulumuz yox idi. Dostlarla daha çox yeyirdik, nəinki içirdik. Bu da 27 il əvvələ kimi davam etdi. İnstitut vaxtı eşidirdik ki, böyük aktyorlar içən olur. Axı bizim də böyük aktyorlarımız içirdi. Düşünürdük ki, içəndə yaxşı olur, daha böyük aktyor olmaq olar. İçib, sənətdən danışırdıq”.

Bu sözləri Xalq artisti Qurban İsmayılov “Düzünə qalsa” proqramında deyib. Etiraflar edən aktyor bir vaxtlar içki düşgünü olduğunu söyləyib:

“Amma müəyyən müddət keçir ki, bədən dözmür. Az qala həyatla vidalaşırdım, üstümə təcili tibbi yardım gəldi, məni təzədən həyata qaytardılar. Bu, mənim 3-cü həyata gəlişim sayılır. Ötən il infarkt keçirtdim, açıq ürək əməliyyatı oldu. Hələ uşaq vaxtı bibim həyətdə iş görəndə dərin quyuya da düşmüşəm. Elə məqamlar olub ki, aktyor olmağıma peşman olmuşam, hətta sənətdən küsüb getmişəm də… Çıxdım teatrdan, dedim alver eləmək istəyirəm. Ukraynada yaşayan qohumuma zəng etdim ki, nə lazımdır? Dedi, gör konyak varsa, onu al gətir. O da ki, qadağan olunmuşdu axı. Risk etdim, 40 konyak alıb getdim. Bileti sən demə, başqa qatara almışam. Sonra öz qatarıma keçdim, onda da yatıb qalmışam. Konyaklar ucuz qiymətə satıldı, uşaq corabları aldım o pula ki, satım. Heç o da satılmadı, pul çıxmadı”.

Qorxularından danışan Qurban İsmayılov “Bu həyatda ən çox əlacsızlıqdan qorxaram. Pis şeydir. Kiməsə ağız açmaq olar, ayıb deyil ki… Amma bir də var ki, əlacsızsan. Ağız açmağa da adam yoxdur. Hər yerdən ümidin qırılıb, çox pis şeydir bu! Yaşlanmaq, əslində müdriklikdir. Hər şeyi anlamaq… Çox vaxt baxıram, nəsə qorxuram. Özüm də yaşlanmağa yaxınlaşıram… Bizim yaşda olan insanlar elə şeylər danışırlar qorxuram. Belə çox yaşlı görünə bilərəm, amma mənim 62 yaşım var. Məncə çox deyil hələ” sözlərini əlavə edib.

Həmçinin oxuyun

Əfv Komissiyasına müraciət edildi, zərərçəkənlər ayağa qalxdı

Azərbaycanın Ukraynadakı səfiri, keçmiş deputat Elmira Axundovanın oğlu Həbib Axundovun da adının keçdiyi dələduzluq olayının …