Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / Cəmiyyət / COVID-19 pasportu olmadan toya pul yazdırıb çıxmaq olarmı? – CAVAB

COVID-19 pasportu olmadan toya pul yazdırıb çıxmaq olarmı? – CAVAB

“Şəxs toy zalına daxil olursa, iştirakçı hesab edilir”.

Bunu DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev şəxslərin toy mərasiminə qatılmadan beş dəqiqəlik hədiyyəni verib çıxması ilə bağlı suala cavabında deyib.
E.Hacıyev bildirib ki, çünki şəxs müvafiq yoxlamadan keçir:

“O, hədiyyəni zala qədər olan məsafədə də təqdim edə bilər. Mütləq qaydada qanunvericilik norması konkret göstərir: 50 nəfərdən 150 nəfərədək şəxslərin şənlik mərasimlərində iştirakı zamanı 18 yaşından yuxarı olan bütün şəxslər tam vaksinasiyadan keçməlidir. Pandemiya şəraitində bu normalar hər bir vətəndaş tərəfindən gözlənilməlidir”.

Həmçinin oxuyun

Keçmiş idarə rəisi icra başçısını ittiham edir: “Pulları Mehdi Səlimzadə mənimsəyib”

Göyçay Rayon Sanitar-Təmizlik İdarəsinin keçmiş rəisi, hazırda Şəki Penitensiar Müəssisəsində saxlanılan Əliyev Loğman Kərim oğlu …